Bu günə qədər istifadə etmədiyinizə görə peşman olacağınız təbii möcüzə – Sarıköklü süd

908 baxış

Sarıköklü süd son zamanlarda adı tez-tez səslənməyə başlayan təbii bir möcüzədir.

Demedideme.az Qadinklubu.com-a istinadən xəbər verir ki, bu içkinin adını hələ eşitməmisinizsə və ya hələ də tam olaraq nə olduğunu bilmirsinizsə, dərhal ondan istifadə edin.

Çox uzatmadan sarıköklü süd, nədir, nə işə yarayır, necə hazırlanır bir-bir öyrənək

Əlbəttə ki, onun bu qədər məşhur olmasının əsas səbəbi tərkibindəki sarıkökün faydalarıdır. Sarıkök təzə və toz halında bazarlarda və mağazalarda asanlıqla tapıla bilir. Sarıköklü süd son dövrlərin ən sağlam içkisidir.

Sarıköklü südün faydaları:

Sarıköklü süd antiviral təsiri sayəsində bədənin immunitet qazanmasına kömək edir.

Vücudu xəstəliklərə qarşı daha dayanıqlı etməklə yanaşı sarıköklü süd, xüsusilə məktəb çağındakı uşaqları epidemiya xəstəliklərinə qarşı qorumada əhəmiyyətli təsir göstərir.

Hazırda yaşanan öskürək, boğaz ağrısı kimi problemlərin yaxşılaşma müddətini sürətləndirir.

Eyni zamanda bədənə pis təsir edən bağırsaq parazitlərindən qurtulmaqda köməyini əsirgəmir.

Qaraciyər yağlanılmasını qarşısını almaqda əhəmiyyətli rol oynayır, yağlanmış qaraciyərin yaxşılaşmasına da kömək olur.

Qandakı toksinlərin bədəndən uzaqlaşdırılmasına köməkçi olur.

Stress səbəbiylə ortaya çıxan baş ağrılarını sakitləşdirmək də yaxşı təsir edir.

Bədəni bir çox xərçəng növündən qoruyur, mövcud xərçəng hüceyrələrini azaltmağa və ya hətta məhv etməyə köməklik edir

Tədqiqatlara görə, sarıkökün xüsusilə döş, prostat, dəri və ağciyər xərçənglərinə qarşı təsirli olduğu bilinir.

Bəs niyə sarıkök xərçəngə qarşı bu qədər təsirlidir?

Çünki sarıkökün içində kurkumin adlı bir maddə var. Bu maddə anti-kanserogen və antiatherogenic xüsusiyyətlərə malikdir. Bu da bədəni yalnız xərçəngə qarşı qorumur, eyni zamanda meydana gəlmiş olan xərçəngli hüceyrələrin çoxalmasını və böyüməsinə də maneə törədir.

Sarıköklü südün resepti:

Lazım olanlar:

• 1/2 çay qaşığı toz sarı kök və ya kiçik bir hissə təzə sarıkök kökü

• 1 stəkan süd

• 1/2 stəkan su

• 3-4 qara istiot dənəsi (əzilmiş formada)

• Bal, toz darçın və mixək (istəyə görə qədərin təyin edə bilərsiz)

Südü və suyu kiçik bir qazana qoyun və isitməyə başlayın. O isinən zaman içinə toz sarıkök əlavə edin (Əgər təzə sarıkök kökün istifadə edəcəksinizsə, rəndələdikdən sonra əlavə etməlisiniz). Qarışığı qaynayana qədər qarışdırın. Qaynadıqdan sonra ocağın altını azaldın və 10 dəqiqə ərzində qarışdıraraq bişirməyə davam edin.

Tam olaraq bişən qarışığı bir su stəkanına alın içinə çəkdiyiniz qara bibəri əlavə edin. İçkinin daha şirin olmasını istəsəniz ilıqlandıqdan sonra içinə bal, darçın ya da mixək əlavə edə bilərsiniz.

Bunu hazırladıqdan sonra isti ya da ilıq bir şəkildə içə bilərsiniz. Gündə bir stəkan içmək faydalanmaq üçün kifayətdir.

Sarıköklü südün zərərləri varmı?

Sarıköklü südü normal şəkildə istifadə edildiyi zaman hər hansı bir zərəri yoxdur. Amma yenə də çox qəbul edildiyində ürək bulanması, qusma kimi problemlərə səbəb ola bilir. Bu səbəbdən ölçülü bir şəkildə istifadə edilməsi lazımdır.

Hamilə və əmizdirmə dönəmində olan, qaraciyər və şəkər xəstəliyi olan qadınların bu süddən istifadə etməzdən əvvəl həkimlərinə müraciət etmələri çox vacibdir.

Sarıköklü süd də daxil olmaqla hər hansı bir yemək ya da içkini müalicə məqsədli istifadə etməyi düşünürsünüzsə, mütləq həkiminizlə məsləhətləşin. Seçdiyiniz metodun sizin üçün uyğun olub, olmadığını öyrənin.

Demədi Demə

19:55 10.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə