Demədi Demə kanalına abunə olmağı unutmayın. Hər həftə sizə daha maraqlı videolar təqdim edəcəyik.
Diş həkimləri nəyi gizlədir? Bilmək istəyirsinizsə, videoya diqqətlə baxın!!
Bəyaz və sağlam dişlərə sahib olmaq üçün diş həkiminin dediklərinə bircə-bircə əməl edirik. Amma, onlar bizi aptekə göndərmədən öncə demir ki, təbii dişağardıcılar da var.
Sağlam bir gülüş hamıya yaraşar. Təəssüf ki, belə bir gülüş çox adama qismət deyil. Çay və qəhvə içmək, siqaret çəkmək diş səthinin saralmasına, dişlərdə ləkələrin əmələ gəlməsinə səbəb olur. Bəs nə edək?-sualı sizi çox düşündürür? Sevimli vərdişlərdən əl çəkmək istəmirsiniz? Yoxsa vaxtaşırı stomatoloqa pul ödəməyə məcbursunuz ki, dişağardıcı prosedurlardan keçəsiniz?
Bütün sualları bir kənara qoyub videoya baxın. Təbii dişağardıcılar haqqında eşidəcəklərinizi özünüzdə qeyd edin.
Sirkə...-İnsan sağlamlığı üçün faydalıdır. Alma sirkəsi təbii dişağardıcıdı. Tərkibində olan karbonat diş minasının saralmasının qarşısını alır. Diş səthinə yığılan kirəcləri bir anda dağıdır. Alma sirkəsi damaq qocalmasını da gecikdirir. Damaqlarda əmələ gələn qızartıları yox edir. 1 çay qaşığı soda, çay qaşığının dörddə biri qədər duz, bir o qədər də alma sirkəsi götürün. Əvvəl soda ilə duzu qarışdırın. Alma sirkəsini bu qarışıma əlavə edin. Yaxşıca qarışdırın. Diş məcunu əvəzinə bu qarışımdan istifadə edin. Gündə iki dəfə yumşaq toxunuşla dişlərinizi fırçalayın. Sonra ağzınızı ilıq su ilə yaxalayın. Bəyaz dişlərə sahib olmaq üçün həftədə bir-iki dəfə bu prosesi təkrarlayın. Qeyd edək ki, duzun və sodanın azlığı-çoxluğu zərər verə bilər. Yalnız göstərilən miqdarda istifadəsi lazımdı. Bir çay qaşığı alma sirkəsini bir stəkan suya qataraq ağzınızı yaxalasanız, diş əti problemlərindən də tezliklə yaxa qurtaracaqsınız. Təbii ki, yenə də qarışımın miqdarını düzgün nizamlamaq əsasdı. Yoxsa, diş ətiniz zəifləyə bilər.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə