Oruc tutanların DİQQƏTİNƏ: Bu qidalardan UZAQ DURUN

361 baxış

Oruc tutan şəxslər imsak və iftar zamanı yediyi qidalara çox ciddi riayət etməli, orqanizmi həddindən artıq yükləməməlidirlər.

Demedideme.az bildirir ki, Ramazan ayında oruc tutan insanlar qidalanmaya xüsusi diqqət göstərməlidirlər. Çünki düzgün olmayan qidalanma həzm problemlərinin yaranmasına yola açır. İmsak və iftarda düzgün qidalanmaq istəyən şəxslər aşağıdakı şərtlərə əməl etməlidir.

İmsak menyusu

İmsakda yağlı yeyilən yağlı qidalar gün ərzində susuzluğu artırır, dayanıqlılıq müddətini də qısaldır. Mütəxəssislər imsakda bol maye qəbul etməyi, su, pendir, kərə yağı, tərəvəz, suda bişmiş ət, balıq, yumurta, çörək, lavaş, xurma və banan yeməyi məsləhət bilir. Səhərlər duzlu pendir yemək olmaz. Daha çox şit pendirlərə üstünlük vermək lazımdır. Qaymaq və digər ağartı məhsullarından, həmçinin buğda və qara çörəklərdən istifadə edilməsi məqsədəuyğundur.

İftar menyusu

Süfrədə toyuq, balıq və ya qırmızı ətdən biri mütləq olmalıdır. İftarda az qida qəbul olunmalıdır. Soyutma və buğlama yeməkləri daha məqsədəuyğundur. İçmək üçün adi su, şəkərsiz meyvə kompotları və ayrana üstünlük verilməlidir. Şirniyyat və meyvələr iftarda yeməkdən 1 saat sonra qəbul edilə bilər. Yatmazdan öncə 1 stəkan qatıq içmək lazımdır ki, həzm prosesinə müsbət təsir etsin. (publika.az)

Demədi Demə

22:01 08.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə