Pandemiya dövründə əllərin tez-tez yuyulması, təmiz saxlanması əsas tövsiyələrdən biridir. Bu, demək olar ki, hər gün mütəxəssislər, əlaqədar qurumlar tərəfindən vurğulanır.
Bu gün isə dünyada Əl Gigiyenası Günü kimi qeyd olunur.
Milli.Az saglamolun.az-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının bu günlə bağlı açıqladığı məlumatda bildirilir ki, əlləri su və sabunla yumaq koronavirusun (COVID-19) qarşısını almaq üçün əsas qabaqlayıcı tədbirlərdən biridir. ÜST bir daha vurğulayır ki, özünüzü və digərlərini xəstələnməkdən qorumaq üçün əllərinizi yuyun. Əlləri bu hallarda yumaq vacibdir:
- Öskürdükdən və ya asqırdıqdan sonra
- Xəstəyə qulluq edərkən
- Yemək hazırlayarkən, eləcə də hazırlamazdan əvvəl və sonra
- Yemək yeməzdən öncə
- Tualetdən istifadə etdikdən sonra
- Əllər gözlə görülə biləcək dərəcədə çirkli olduqda
- Heyvanlara və ya heyvan tullantılarına toxunduqdan sonra.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə