Hamilələrdə və uşaqlarda dəmir çatışmazlığı nəyə səbəb olur?

309 baxış

Hamiləlik və erkən uşaqlıq dövründə dəmir çatışmazlığının aşkar edilməsi çox vacibdir.

Demedideme.az e-tibb.az-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkliatının (ÜST) Azərbaycan nümayəndəliyinin açıqladığı məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, iki yaşa qədər uşaqlarda dəmir çatışmazlığı beynin inkişafına əhəmiyyətli və qalıcı təsir göstərə, o cümlədən gələcəkdə öyrənmə və məktəb fəaliyyətində mənfi nəticələrə gətirib çıxara bilər.

Əgər anada hamiləliyin son üç aylıq dövründə dəmir çatışmazlığı varsa, bu, uşağın idrak inkişafına da təsir göstərə bilər.

Fərdi qaydada və əhalidə dəmir çatışmazlığını qiymətləndirmək üçün ferritin konsentrasiyalarının istifadəsinə dair ÜST-nin yeni hazırladığı təlimat tibb işçilərinə dəmir çatışmazlığını erkən aşkarlamağa və ağır nəticələrin qarşısını almağa kömək edəcək.

Demədi Demə

18:30 04.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə