Öldürücü PARAZİTLƏRlə bağlı həyəcan: meyitlərdə yaşayır, ağciyəri məhv edir

367 baxış

Bir neçə il əvvəl Cənubi Koreyadan olan alimlər 375 yaşlı mumiyanın ciyərində "Paragonimus westermani" (ağciyər sorucu qurdu) adlı yastı qurdlar aşkar etmişdilər.

Tədqiqatçıların fikrincə, xəstənin ölümünə məhz qurdlar tərəfindən yaranmış paraqonimoz hepatit səbəb olmuşdu.

Demedideme.az xəbər verir ki, o vaxt bu haqda "New Scientist" nəşri ictimaiyyəti məlumatlandırmışdı. 

Covid-19 pandemiyasının dünyanı cənginə aldığı bu dövrdə alimlər yeni tədqiqata başlayaraq, parazitlərin yaya biləcəyi mümkün təhlükələri araşdırır. 

Maraqlı məqam ondan ibarətdir ki, bu parazitlərə nə isti, nə də soyuq təsir edir və 400 ilə yaxındır ki, onlar mumiyalanmış cəsəddə yaşayırlar. 

Mumiya ilk dəfə 2014-cü ildə aşkar edilib. Cəsəd 63 yaşında ölən Szin Li (Jing Lee) adlı kişiyə məxsus idi. Cənubi Koreyanın əyaləti olan Çxondo müasir rayonunun ərazisində dəfn edilmişdi. Bu yaxınlarda nəslin davamçılarının icazəsi ilə tədqiqatçılar mumiyalanmış cəsədi dərindən öyrənməyə nail olublar. Kompüter tomoqrafiyasının köməyi ilə mumiyanı tədqiq etməyə başlayıblar. Məlum olub ki, qaraciyərdə sorucu qurdun 85 mikrometr uzunluğunda qızılı-qəhvəyi yumurtaları mövcuddur.

"Paragonimus westermani" şirin suda yaşayan xərçəngvari parazitdir. Hazırda paraqonimoz cənub-şərqi Asiya və Cənubi Amerika ölkələrində daha geniş yayılıb. Yoluxmanın simptomları ağrını və titrətməni özündə birləşdirir. Hərçənd parazitlər daha çox ciyərlərdə yaşamağı üstün sayırlar, buna baxmayaraq onlar başqa orqanlara, məsələn beyinə də daxil ola bilirlər ki, bu da ağır ensefalitlər yaradır.

Mənbə; milli.az

Demədi Demə

14:18 04.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə