Pandemiya dövründə insanların bir hissəsi yeni dövrə, izolyasiya tədbirlərinə uyğunlaşa bilmirlər. Bu isə depressiyaların, stresin artmasına səbəb olur. Yaranmış karantin vəziyyəti ilə əlaqəli psixoemosional vəziyyətimizi necə stabil saxlaya bilərik? Psixoterapevt, sinir elmləri uzmanı Aydan Xasməmmədzadə e-tibb.az-a bununla bağlı fikirlərini açıqlayıb:
İngilitərə və ABŞ alimlərinin apardığı ən son tədqiqatlar (Ultes University) təsdiq edir ki, təşviş, depressiya və stress səviyyəsi karantin elan edildiyi andan artmağa başlayıb. Belə neqativ hallarla rastlaşmamaq üçün nə etməliyik?
-Bəzi insanlar bundan öncə düşünmədikləri fikirləri düşünə bilərlər. Əgər koronavirus ( Covid-19) haqqında obsessiv (daim beynində fırlanan) düşüncələrimiz varsa, bundan necə qurtula bilərik?
Əvvəla, koronavirusun nə olduğunu, necə ötürüldüyünü, spesifikliyi və əlamətlərinin nədən ibarət olduğunu anlamaq lazımdır. Bu, yalnız yayılmış məlumatlarla əlaqəli deyil. Bu məsələdən həqiqətən çox narahatsızsa, onu dərindən öyrənməyə və bütün detalları araşdırmağa dəyər.
Düşməni tanıdığınız zaman özünüzü qorumaq və təlaşın qarşısını almaq daha asandır. Tutaq ki, təşvişin əhatəsində olduğunuzu düşünürsünüz. Belə halda nə etmık olar? Əgər siz təlaş vəziyyətindəsinizsə, sadəcə, balanslaşdırılmış nəfəs hərəkətləri edə bilərsiniz. Onun mahiyyəti nəfəsləri tarazlaşdırmaq və bərpa etməkdir. Bunu etmək üçün eyni ritmlə birdən dördə qədər sayın və nəfəs alın. Növbəti eyni sayma zamanı yenidən nəfəs almalı və yenidən sayıb nəfəs verib, nəfəs almalısınız. Bu, 4-5 dəqiqə təkrarlanmalıdır.
Bütün günü stresdə olduğunuzu düşünürsünüzsə, stressin orqanizmə böyük təsiri olduğunu da yada salın... Qısamüddətli stres bədənin hərəkətliliyini artıraraq "toplanmaq" üçün dayanıqlığı artırır. Ancaq uzun müddət davam edən stresin mənfi nəticələri var. Bütün orqanlara və sistemlərə təsir göstərir, çox sayda hormon kortizol və norepinefrin istehsalənı, mərkəzi sinir sistemini stimullaşdırır.
Kiçik streslə, kortizol bədənin müdafiəsini təşkil edir; uzun müddət ərzində çox miqdarda məhsul istehsal edildikdə, autoimmün proseslər başladır və nəticədə ümumiyyətlə, immunitetin zəifləməsinə səbəb olur.
Gündəlik rituallarınız olmadan sizin üçün çətin ola bilər, məsələn, qəhvə, məşqlər və s. Bu vəziyyətdə bu əvəzetmə metodundan istifadə edə bilərsiniz: müəyyən yerlərə niyə getdiyinizi, hansı məqsədlə, ziyarətdən nələr əldə etdiyinizi müəyyənləşdirin. Sonra özünüzü tapdığınız şəraitdə bunun kompensasiyasını tapın.
Karantin zamanı yaxşı əhval-ruhiyyədə qalmaq istəyirsinizsə, ən başlıcası, zövq verən şeyi etməkdir. Gündəlik həyatda bir insan üçün məşğulluq çox vacibdir, hətta karantin zamanı da. Gündəlik etdiyimiz bəzi işlər hazırda karntinə görə mövcud deyil. Amma ictimai fəallığın azalmasına baxmayaraq, hələ də bir çox imkanlarımız var.
Əgər hesab edirsinizsə, daim evdə, ailə üzvləri ilə olanda, problem yaranır, o zaman mümkünsə, elə ailə daxilində ayrıca vaxt keçirin. Ailənin hər bir üzvünün ən azı özü ilə qalmaq imkanı əldə etməsi çox vacibdir. Hətta Nobel mükafatı laureatı, akademik İvan Petroviç Pavlov ən yaxşı istirahətin fəaliyyətdəki dəyişiklik olduğunu qeyd edib. Bu isə o deməkdir ki, karantin əsnasında fəaliyyət qüvvələri daha çox müxtəlifləşir, daha az stres və tükənmə hissi yaranır...
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə