Karantin zamanı evdə oturub az hərəkət edən və az kalori sərf edən insanlar üçün bəzi içkilər xüsusi zərərli ola bilər.
Milli.Az gencaile.az-a istinadən bildirir ki, Milli Diyetoloqlar və qidalanma milli assosiasiyasının üzvü marina Marişa hesab edir ki, ilk növbədə tərkibində şəkər olan içkilər təhlükəlidir.
"Müxtəlif qazlı sular, qablaşdırılmış meyvə şirələri, hətta tərkibində şəkər olan kvas da içmək məsləhət deyil", - Makişa vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, şəkər insanın immunitetinə zərərlidir və koronavirus infeksiyası təhlükəsi zamanı istifadə üçün tövsiyə olunmur: "Şəkər kompleks iltihaba səbəb ola bilər və bununla da insanın immunitet sisteminin yükünü artırır. Buna görə karantin zamanı qazlı su və ya hətta "təbii" qablaşdırılmış şirələr içmək pis bir fikirdir".
Bəs hansı içkilərdən istifadə etmək olar? Mütəxəssis məsləhət görür ki, ilk növbədə adi su içmək lazımdır. Hətta çay və kofe də məsləhətdir. Ancaq bu içkilər tünd olmamalıdır və orta miqdarda, eyni zamanda şəkərdən istifadə etmədən içilməlidir.
Milli.Az
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə