Uşaqlarda yaranan dəri problemlərindən biri də qəhvəyi ləkələrdir. Bu ləkələr nədən yaranır?
Demedideme.az e-tibb.az-a istinadən dermatoloq, uzman həkim Mehdi İskəndərlinin bununla bağlı məqaləsini təqdim edir:
Uşaqlarda qəhvəyi ləkələr anadangəlmə və sonradan qazanılmış ola bilər. Anadangəlmə qəhvəyi ləkələr uşaq doğulduqdan sonra aşkar edilir. Bütün qəhvə rəngli ləkələr doğuşdan sonra aşkar edilmir. Bəzi uşaqlarda kongenital qəhvəyi ləkələr iki yaşına qədər olan periodda istənilən vaxt meydana çıxa bilər. Dəridə anadangəlmə qəhvəyi ləkələr əksərən genetik pozuntular fonunda yaranır. Bunların müalicəsi və aradan qaldırlması mümkün olmur. Lakin, dəridə kongenital qəhvəyi ləkələr ciddi sistem və sindromlu xəstəliklərdən xəbər verə bilər. Dərinin genodermatoz deyilən genetik xəstəlikləri bir çox hallarda dəridə qəhvəyi və ağ ləkələr ilə başlaya bilər. Bu baxımdan valideynlər dəridə ağ və qəhvəyi ləkələr problemlərinə qarşı biganə olmamlıdırlar və zamanında dermatoloqa müraciət etməlidirlər.
Uşaqlarda qəhvəyi ləkələr əksərən ciddi xəstəliklərin xəbərcisi olur. Belə ki, genetik dəri xəstəlikləri dəridə ləkələr və törəmələr şəklində başlasa da uşaq böyüdükçə sistem xarakteri daşıyır və daxili orqan xəstəlikləri də törədir. Əsasən əqli gerilik, epilepsiya başda olmaqla nevroloji problemlər, skolioz, kifoz, lordoz kimi sümük problemləri, endokrin sistem xəstəlikləri, immun çatışmazlığı və s. kimi problemlər yarana bilər. Belə ciddi xəstəliklərin həyati təhlükəli fəsadlarının qarşısını zamanında almaq üçün erkən diaqnoz vacibdir.
Dermatoloq əlavə edib ki, uşaqlarda yaranan qəhvəyi ləkələrə görə valideynlər vaxtında peşəkar dermatoloqa müraciət etməlidirlər.
Onun sözlərinə görə, uşaqlarda qəhvəyi ləkələr hər zaman genetik dəri problemləri ilə əlaqəli yaranmır. Bəzi hallarda dəridə qəhvəyi ləkələr qazanılmış olur və müalicələrə tabe olaraq aradan qalxır. Hətta bəzi qəhvəyi ləkələrin tam müalicəsi mümkündür. Dərinin qəhvəyi ləkələri bir çox hallarda infeksioz mənşəli olur. Dermatoloq qeyd edib ki, bu cür qəhvəyi ləkələrin müalicəsi daha asandır. Lakin, uşaqlarda dəri bərkiməsi ilə özünü göstərən qəhvəyi ləkələr də yarana bilər. Əsasən aşağı ətraflarda və bədəndə bu cür qəhvə rəngli ləkələr zamanla sərtləşir: "Dəridə bərkimə verən bu cür dəri xəstəliklərinin müalicəsi çətin olsa da, mümkünsüz deyildir. Valideynlər qətiyyən ümidsiz olmamlıdırlar. Uşaqda qəhvəyi ləkə problemi çarəsiz deyil".
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə