Çəkisi boyundan az olanların DİQQƏTİNƏ - Sizdə bu xəstəliklər yarana bilər!

441 baxış

Hər insanın çəkisi boyuna uyğun olmalıdır. Məsələn, boyu 165 sm olan insanın ideal çəkisi 58 kq-dır.

Demedideme.az-ın məlumatına görə, sürətli çəki itirmək, orqanizmdə şirə ifrazını azaldır və nəticədə mədə-bağırsağa mənfi təsir göstərir. Çəki azlığı sümük və əzələlərdə problem yaradır, infeksiyalara qarşı mübarizəni zəiflədir. Gözəl qamətli olmaq arzusu insanda qidaya qarşı psixoloji problemlər yarada, depressiyaya səbəb ola bilər.

Çəki azlığı zamanı, orqanızım bəzi funksiyaların öhdəsindən gələ bilmir, dəri, saç və dişlərə qarşı maddələrə qənaət edir. Buna görə çəkini normada saxlamaq vacibdir.

Çəki azlığının səbəbini bilmədən onunla mübarizə aparmaq mənasızdır. Çünki orqanızım qidadan əlavə kalorini başqa yerdən əldə edə bilmir. Bir qayda olaraq çəkisi az olan insanlar qidanı az miqdarda qəbul etməyə vərdiş ediblər, buna görə mədəni iki qat yükləmək əvəzinə qida qəbulunu iki-üç dəfə artırmaq daha yaxşı olar. Vərdiş olunmuş qidaların kalorisini fındıq, faydalı bitki yağları və ağır karbohidratlar əlavə etməklə artırın.

Demədi Demə

12:33 02.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə