21 yaşlı tələbə Samikşa Naqi əməliyyatsız və idmansız sağlam şəkildə 21 kq arıqlayıb. Köklüyünə görə kompleks yaşayan qız 1.60 boyu ilə 77 kiloqram idi.
Demedideme.az medicina.az-a istinadən bildirir ki, tələbə qız artıq çəkinin səhhətində problem yaratdığını və sosial şəbəkələrdə çəkisi ilə bağlı tənqidləri görərək, qəti olaraq arıqlama marafonuna başladı.
Samikşa arıqlama sirrini və pəhrizini də gizlətməyib.
"Böyük miqdar yeməklərdən imtina etdim. Porsiyaların ölçüsünə çox diqqət edirdim. Ancaq evdə bişən yeməklər yeyirdim. Bir dəfədə bir ovuc tutacaq qədər qida qəbul edirdim.
Səhər qara çörək və pendirdən buterbrod, yumurta, noxud unundan blinçik yeyirdim.
Günorta salat, bir boşqab tərəvəz, hind lavaşı və yoqurt.
Axşama mərci, lobya supu, tərəvəz buğlaması və yatmazdan 1 saat əvvəl 1 stəkan təzə süd içirdi.
"Çoxsaylı uğursuz cəhdlərdən sonra anladım ki, arıqlamağın bir sirri var: məqsəd və sağlam qidalama. İndi isə idmanla bu nəticəni qorumağa çalışıram".
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə