Niderlandlı mütəxəssislər televizoru həddən artıq izləməyin ürək-damar sisteminə mənfi təsirini sübuta yetiriblər.
Demedideme.az “news.ru” saytına istinadla xəbər verir ki, alimlər bu araşdırma məqsədilə Britaniyada 40 yaşından 69 yaşadək təqribən 500 min insan barədə tibbi məlumatların toplandığı “UK Biobank” bazasından istifadə ediblər.
Alimlər aşkarlayıblar ki, müxtəlif cür oturaq tərzdə vaxt keçirmələr özündə ayrı-ayrı risklər daşıyır. Anketlərə görə, tədqiqat iştirakçıları televizor qarşısında gündə orta hesabla 2,8 saat, kompüter qarşısında isə 1 saat vaxt keçiriblər. 6 il ərzində 12,5 min nəfərdə ürəyin işemik xəstəliyi əmələ gəlib. Bu xəstələrin əksəriyyəti televizora baxmağı xoşlayanlardan ibarət olub. Kompüterdən istifadədə və avtomobil sürmədə bu əlaqələr müşahidə edilməyib.
Həkim-ekspertlərin sözlərinə görə, ürəyin və damarların sağlamlığı üçün Aralıq dənizi pəhrizi daha münasibdir. Xroniki iltihablarla mübarizədə sarımsaq və zeytun yağı kömək edir. Bu ərzaqların tərkibi orqanizmə ümumi sağlamlıq effekti verən allitsin və oleokantal maddələri ilə zəngindir.
Mənbə: Azərtac
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə