Virus deyəndə ağlınıza nə gəlir? Bir xəstəlik, ya da nəsə pis bir şeymi? Bəs, bir virusun bir gün bütün insanlığın həyatını qurtaracağını söyləsəm, inanarsınızmı?
Əvvəllər infeksiyaya səbəb olan hər hansı bir yara, ya da kiçik bir kəsik, ölümlə nəticələnirdi. İlk antibiotik 1928-ci ildə Aleksandr Fleming tərəfindən tamamilə təsadüf nəticəsində tapıldı. Eyni zamanda, həmin çalışması Flemingə Nobel mükafatı qazandırdı. Beləcə, bir canavar olaraq gördüyümüz bakteriyalar antibiotiklər qarşısında “tük tökmüş pişiyə” döndülər. Yaxın tarixə qədər də belə idi.
Artıq şərtlər dəyişib. Çünki, insanlar adi bir soyuqdəymə zamanı da faydasız olduğunu bilə-bilə antibiotik istifadə etdilər.
Yetmədi, heyvanlara da antibiotik verməyə başladılar. Hətta, tez böyüsünlər deyə onlara daha çox antibiotik verdik. Sonra da həmin heyvanların ətini yedik. Beləcə, zamanla bakteriyalar antibiotiklərə qarşı immunitet yaratdılar. Və super bakteriyalar yarandı. Onların 2050-ci ilə qədər hər il 10 mln insanın ölümünə səbəb ola biləcəkləri ehtimalı var. Yəni, super bakteriyalar xərçəngdən daha çox can ala bilir. Məsələn, kiçik bir kəsikdən, ya da bəsit bir infeksiyadan sevdiyimiz insanlar ölə bilər. Nəticə etibarilə, əlimizdəki ən təsirli silah bir gün tamamilə yoxa çıxar...
Sadəcə, ABŞ-da hər il, təxminən, 23 min insan super dözümlü bakteriyalar səbəbiylə həyata ölür. Bəs, bu, hər şeyin sonudurmu? Əlbəttə ki, yox.
Gəlin, indi də insanlığın ümidi olan bakteriofaqları bir az daha yaxından incələyək. Bakteriofaqlar bir virusdur. Digər viruslarda olduğu kimi, nə canlı, nə də ölüdürlər. Çox xarizmatik görünüşləri var. Əslində, qatlanan ayaqlı kiçik robotlara bənzəyirlər. Başları bir kristal kimi iyirmiüzlüdür. Digər bir ifadə ilə, iyirmi üzü və otuz kənarı olan bir zər kimidirlər. Virusun bütün genetik məlumatları başında yerləşir. Bakteriofaqlar o qədər çoxdurlar ki, bakteriyalar da daxil olmaqla, dünyadakı bütün canlıları toplasaq, bakteriofaqların sayına çatmaz.
Bu gün onlar hər yerdədirlər. Hətta, bağırsaqlarımızda, göz qapaqlarımızda, və saya bilməyəcəyimiz qədər çox yerdə... Məsələn, sadəcə, bir ovcumuzda 10 milyarddan çox bakteriofaq virusu var. Amma narahat olmağa dəyməz.
Çünki, hər an qarşılaşmamıza baxmayaraq, bizi bir şəkildə görməzdən gəlirlər. Yəni, insanlara toxunmurlar. Onların hədəfi, sadəcə, bakteriyalardır. Bir gün ərzində okeandakı bakteriyaların 40%-i bakteriofaqlar tərəfindən öldürülür. Əlbəttə, bakteriofaqlar da mükəmməl canlılar deyil. Amma, onlar öz sahələrində mütəxəssisləşən bakteriya ovçularıdır.
Bakteriofaqlar ayaqları vasitəsilə ovlarını yaxalayırlar. Bu ayaqlar həssas reseptorlar kimi işləyirlər. Nə vaxt və haraya hücum edəcəklərini çox yaxşı bilirlər. Sadəcə, müəyyən bir bakteriya növünü hədəfə alırlar, o yöndə hərəkətə keçirlər. Bakteriofaq ovunu yaxalayır və lifəbənzər quyruğu sayəsində bakteriya divarını dəlir. Sonra genetik məlumatları bakteriyaya köçürür. Bakteriya bir neçə dəqiqə içərisində özünü bakteriofaqa təslim edir.
Bu proses bakteriyanın bakteriofaq yaratması üçün yenidən proqramlanmasıdır. Beləcə, bakteriya, bir növ, bakteriofaq fabrikinə çevrilir.
Müəyyən müddətdə bakteriofaqların bütün bakteriyaları istila etməsilə birlikdə, bakteriofaqlar bakteriyaya sığmayacaq duruma gəlir. Sonunda isə daxilindəki təzyiq artır, bakteriya parçalanaraq ölür. Beləcə, azadlığa çıxan bakteriofaqlar yeni məkan axtarışına başlayır. Bu proses mütəmadi olaraq davam edir.
Bakteriofaqların bakteriya ovlamaq xüsusiyyətləri dünyanın ən ölümcül ikinci canlısının diqqətini çəkməyi bacardı. Çünki, antibiotiklərin təsirsiz qalmasıyla yanaşı, çox çarəsiz bir durumdayıq. Aparılan araşdırmalar göstərir ki, antibiotiklər qarşısına çıxan hər bakteriyanı yox edərkən, bakteriofaqlar müəyyən bir bakteriyanı hədəf alır.
ST: Bəs, xəstəliyə qalib gəlməkçün orqanizmimizə milyonlarla bakteriyanı inyeksiya etmək ağıllı hərəkətdirmi? Daha sonra bakteriofaqlar da immunitet yarada bilirlərmi?
Bakteriyalar ilə bakteriofaqlar arasındakı savaş milyon illərdir davam edir. Bu ana qədər bakteriofaqlar bakteriyalara nisbətən daha yaxşı durumdadır. Çünki, bakteriyalar immunitet qazanır. Amma, bakteriofaqlar mütəmadi olaraq özlərini yeniləyir. Buna görə bakteriyalar üçün bu viruslar tam bir ölüm maşınıdır.
Ən təhlükəli bakteriya növlərindən biri bir xəstənin sinəsində infeksiyaya səbəb oldu. Bu bakteriya antibiotiklərin çoxuna qarşı müqavimətli idi. Hətta, alkoqollu mühitdə belə sağ qala bilirdi. Başqa çarəsi qalmayan xəstəyə bakteriofaq virusu inyeksiya edildi. Bir neçə həftəyə xəstə sağalaraq ayağa qalxdı. İnfeksiya yox oldu...
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə