Çuğundur xilaskarınız ola bilər - mütləq baxın #Evdeqal

397 baxış

Antioksidant təsirə malik olan qırmızı çuğundur bir sıra xəstəliklər zamanı faydalıdır. Dərini gözəlləşdirir, ürək xəstəliklərindən qoruyur, həzmi asanlaşdırır, mədə və bağırsaqların fəaliyyətinə müsbət təsir edir, qəbizliyi, mədə ağrısı və yanğısını aradan qaldırır. Qaraciyərin nizamlı işləməsinə yardım etməklə şəkər xəstəliyinin qarşısını alır. Qan azlığı və dəmir çatışmazlığı olan zaman kök suyu ilə qarışdırılıb içiləndə qan istehsalına və qırmızı qan hüceyrəsi səviyyəsinin artımına kömək edir. İştahanı açır və orqanizmə rahatlıq bəxş edir.

Çuğundur suyu qan təzyiqini nizamlayır və sinirləri sakitləşdirir, qaynadılıb suyunun içilməsi zamanı isə sidikqovucu təsir göstərir. Böyrəkdə qumların tökülməsində və hipertoniya zamanı faydalıdır. Alma, kök və başqa meyvə-tərəvəz suları ilə qarışdırılıb içiləndə orqanizm üçün son dərəcə xeyirlidir.

Qırmızı çuğunduru 15 dəqiqədən çox bişirmək məsləhət görülmür.


betain unikal əvəzedilməz bioloji aktiv maddələrdən ibarətdir.Onun tərkibi sorulması asan olan zülalardan ibarətdir. Bu səbəbdən də bəzi dietoloqlar dieta saxlayanlara ət əvəzinə çuğundur yeməyi məsləhət bilirlər.

Betainin orqanizmə təsiri çox faydalıdır. O qaraciyər üçün bir növ "tozsoran" rolunu oynayır. Qeyd etmək lazımdır ki, bişmiş qaraciyərin orqanizmə təsiri çiy çuğundur qədərdir. Yəni çuğundur bişirildiyi zaman onun tərkibi dəyişməz olaraq qalır.

Demədi Demə

14:23 26.03.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə