Koronovirusdan qorxmalıyıqmı? - Panik ataka necə qalib gələk?
Aytəm İdrisli - Həyat Koçu
Panik atak və ya panika halı nədir?
Panik atak çox vaxt xəbərdarlıq etmədən və heç bir səbəb olmadan, narahatlıq və qorxu ilə qəflətən başlayan ağır təşviş və həyəcan halıdır. Həyəcən halı ilə eyni zamanda müxtəlif simptomlar da panika halı zamanı baş verə bilər.
Panika halının simptomları
“Ürək çırpıntısı” hissi
Tərləmə və titrəmə
Ağız quruluğu
İsti basma və ya titrəmə
Boğulma hissi
Sinə ağrısı
Özünü pis hiss etmə (ürəkbulanma), baş gicəllənmə və ya halsız hiss etmə
Ölüm qorxusu və ya dəli olma qorxusu
Uyuşma, iynələnmə hissi
“Dünyadan qopma” hissi və ya “başqa birisi” kimi hiss etmək
Panik pozuntu
Hər 10 nəfərdən biri ömründə ən az bir dəfə panika halını yaşayır. Əgər təkrarlanan panika halları varsa, o zaman bu Panik pozuntu (panika xəstəliyi) adlanır. Xəstəlik zamanı panika hallarının sıxlığı dəyişə bilər. Hər 50 nəfərdən birində panik pozuntu vardır. Panik pozuntu zamanı xəstələr panika halının təkrarlanacağından, panik atak zamanı ürək infarktı olacağından və ya öləcəklərindən qorxmağa başlayırlar.
Panika halının səbəbləri nələrdir?
Panika halı adətən heç bir səbəb olmadan baş verir və səbəbi tam olaraq aydın deyil. Beyindəki bəzi kimyəvi maddələrin (neyrotransmitterlər) balansının pozulması burada rol oynaya bilir. Stresli həyat tərzi də yenə panik halının yaranmasına səbəb kimi göstərilə bilər. Təbii ki, müalicə üçün dərmanlar istifadə olunur. Panik pozuntu bir çox tibbi xəstəliklərlə birgə görülə bilir. Belə olan halda digər tibbi problemlərin şiddətində artma və müalicəsində çətinliklər ortaya çıxır.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə