Avropada və Amerikada qazlı sərinləşdirici içki bazarlarında tərkibi sirr kimi saxlanılan içkilər, eyni zamanda energetik içkilər və bu içkilərin insan orqnizminə təsiri barədə çoxsaylı araşdırmalar aparılmışdır. Hər bir araşdırma nəticəsi konkret fikirlər ortaya qoyur. Bütün bu içkilərin ortaq cəhəti tərkibində kofein olmasıdır. Kofein insan orqanizmi üçün faydalı və vacib maddələrdən biridir. Lakin gün ərzində normadan artıq qəbulu müxtəlif mənfi təsirlər göstərə bilər. Kola tipli sərinləşdirici içkilərdə kofein miqdarı bir bankada 34 mg (link1 və link 2), Azərbaycanda satışda olan energetik içkilərin əksəriyyətində isə bir bankada 32-80 milliqram aralığındadır. Dünyanın bütün ölkələrində istər kola istərsə də energetik içkilər haqqında zərərli ola bilər fikirləri də elə kofeindən qaynaqlanır. Lakin ölkəmizdə bu konteksdən kənarlaşaraq məhz energetik içkilər zərərlidir fikri var və əsas zərərli maddə kimi taurin və B vitamin qrupları göstərilir. Halbu ki, bu maddələr və daha artığı kompleks şəkildə uşaq qidalarında mövcuddur. Belə olan halda fikir hardan gəlir? Bu fikir niyə formalaşdırılır? Sualları ortaya çıxır. Araşdırmalara görə qlobal qazlı içki brendləri 2014-cü ilə qədər ölkəmizdə içki bazarının 80%-dən çoxu öz əlində cəmləşdirmişdi. Lakin bazara bu qlobal brendlərin qiymətlərinə yaxın olan və enerji içkilərinin daxil olması və qısa zamanda insanlar arasında papulyarlaşması bazarda dəyişiklik yaratdı. Bu qlobal kola brendləri sürətlə bazar payı itirməyə başladı. Təbii ki, bu itgilər onların qabaqlayıcı tədbirlər görməsi üçün siqnal oldu.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə