Siqaret tüstüsü burun boşluğundakı sinir uclarını məhv edir. Beləliklə, zaman keçdikcə insan iybilmə qabiliyyətini itirir.
Ağciyərdəki oksigen müadiləsi kiçik kisəciklər olan alviollarda həyata keçirilir.
Funksiyalarını yerinə yetirsin. Bir sözlə, alveollara daxil olan tütün tüstüsü oksigen mübadiləsinin qarşısını alır. Oksigenin əvəzinə tüstünün tərkibindəki toksinlər və karbon qazı qana keçir. Bu səbəbdən də siqaret çəkənlərin bədənində oksigen azlığı və tənəffüs çatışmamazlığı müşahidə olunur.
Siqaret tüstüsünün tərkibindəki nikotin və digər kimyəvi birləşmələr qan damarlarının divarlarını zədələyir və onların spazmına səbəb olur.Damarlarda qan axını yavaşıyır, trombositlər zədələnən divarları bərpa etməyə çalışarkən süni tıxaclar yaranır. Zədəli damarlar ya qismən, ya da tamamən fəaliyyətini itirir. Bu, ürək-damar sistemi üçün olduqca təhlükəlidir. Prosesin son nəticəsi kimi insanda infarkt və insult riski dəfələrlə artır.
Siqaretin tərkibindəki bəzi kimyəvi birləşmələr eyni zamanda insan DNT-sinin strukturunu da korlaya bilir. Müxtəlif orqanlarda, xüsusilə, ağciyərlərdə xərçəng riskini artırır. 2016-cı ildə alimlər qeyd etdilər ki, siqaret çəkmək ağciyər hüceyrələrində 150 mutasiyaya səbəb olur. Siqaretin tərkibindəki arsen və nikel elementləri DNT-nin özünübərpa funksiyasını pozur.
Dünyada xərçəngin səbəb olduğu ölümlərin üçdə birinin səbəbı məhz siqaretdir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, siqaret çəkmək 25-dən artıq xəstəliyin yaranmasına səbəb olur. Dünya üzrə ən ölümcül vərdişlərdən birincisi siqaret çəkmək hesab edilir. Müxtəlif ölkələrdə aparılan araşdırmalar müəyyən edib ki, siqaret çəkmək, ən azı, 12 orqanda xərçəngin yaranmasının əsas səbəbidir. Bunlara misal olaraq ağız, nəfəs yolları, qaraciyər, ağciyər, mədəaltı vəz, bağırsaq xərçəngini, görmə və eşitmə qabiliyyətinin itirilməsini göstərə bilərəm. Siyahıya sümüklərin əriməsini də daxil etsək, siqaretin zərərləri barədə daha ətraflı məlumat vermiş olarıq.
Statistika göstərir ki, dünya üzrə ürək-damar xəstəliklərinin 40%-nin, ağciyər xəstəliklərinin 80%-nin, ağciyər xərçənginin 90%-nin, ümumi xərçənglərin 30%-nin səbəbkarı siqaretdir.
2018-ci ildə Britaniya Tibb Jurnalının araşdırması göstərdi ki, günə bir siqaret çəkən insan siqaret çəkməyən insana nisbətən 30% daha çətinliklə nəfəs alır. Siqaret tüstüsü nəfəs borusunu xarçıcdən örtən kiprikli epiteli məhv edir, nəticədə, zəhərli maddələr orqanizmə maneəsiz daxil olur. Siqaret çəkənlərin ətrafında olanlar da siqaret tüstüsünün mənfi təsirinə məruz qalır. Alimlər sübut edib ki, siqaret tüstüsündəki zəhərli maddələrin əksəriyyəti havaya yayılaraq ətrafdakı insanlar tərəfindən mənimsənilir.
Siqaret çəkənlərin öskürməsi artıq adi hal kimi qarşılanır. Amma, bu, düzgün deyil. “Siqaretdəndir”-deyib keçmək, öskürəyi ciddiyə almamaq yanlışdır. Əgər siqaret çəkən adam, xüsusilə, səhərlər öskürürsə, öskürək zamanı boğazından tünd rəngli bəlğəm gəlirsə, narahat olmağa dəyər. Bu öskürək ağciyər xərçənginin ilk simptomları sayıla bilər. Bildiyimiz kimi, nikotinin zərərlərindən ən çox ziyan çəkən ağciyərlər olur. Bundan sonra ağciyərləri təmizləmək üçün müxtəlif vasitələr axtarılır.
Bu vasitələrdən biri də GrinTuss`dur. O, tənəffüs yollarınin müxtəlif səbəblərdən yaranan problemlərinin həllində əvəzsiz vasitədir..Grintuss selikli qişa üzərində qoruyucu təbəqə yaradır və tütün tüstüsünün tərkibindəki yüzlərlə zəhərli maddənin tənəffüs yollarına keçməsinə mane olur..
Qrintuss bal, solmazçicəyi, bağayarpağı və qrindeliya bitkisinin molekulyar kompleksləri əsasında hazirlanmış siropdur. Tütün tüstüsünün tərkibində olan maddələr bronxları qıcıqlandırır. Nəticədə siqaret çəkənin bronxiti adlanan sindromda daimi quru öskürək olur. Qrintuss selikli qişanın qiciqlanmasina mane olaraq quru öskürəyə, seliyi durulaşdırıb xaric olunmasını asanlaşdiraraq isə bəlğəmli öskürəyə təsir göstərir.Gecə öskürəyinin müalicəsində Qrintuss əvəzsiz vasitədır
Grintuss 100% təbii , bioloji çəhətdən təmiz, qlütensiz, xoş dada malik olan bir məhsuldur.
Aboca şirkətinin apardığı araşdırmalar sayəsində GrinTuss`un öskürək zamanı konkret təsiri və effektivlik dərəcəsi müəyyən edilib. Məlum olub ki, Grintuss öskürəyin müalicəsində yüksək nəticələr əldə etməyə imkan verir. Yüksək effektivlik və təhlükəsizlik sayəsində son 5 ildə 12 Avropa ölkəsində 9 milyondan çox Grintuss preparatı satılıb. Antioksidant təsirə malikdir; iltihab prosesində yaranan sərbəst radikalların mənfi təsirini azaldır.
Grintuss`un uğurunun arxasında yeni müasir təsir mexanizmi durur. IIa sinfinə məxsus Tibbi Vasitə kimi İtaliyada İstituto Superiore di Sanita tərəfindən (Sertifikatlaşdırma üzrə səlahiyyətli təşkilatın) sertifikat alan GrinTuss böyüklərlə yanaşı, 1 yaşından yuxarı uşaqlar üçün də öskürık əleyhinə ən yaxşı vasitədir
Sağlamlığımız çox dəyərlidir.onu qoruyaq və siqaretə yox deyək.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə