Sirr deyil ki, meyvə-tərəvəz artıq piştaxtalarda bütün il boyu dolu olur. Bunun səbəbi istilikxanalarda hər mövsümdə yetişdirilməsi, uzun müddət saxlanılması və satış görüntüsünü qorumaq üçün toksik kimyəvi qarışıqların istifadə edilməsidir.Nitratların, pestisidlərin, böyümə hormonlarının, parafin və difenilin və s. bol-bol istifadə edilməsi məhsulu nə qədər böyük və cazibədar etsə də, bir o qədər də təhlükəli edir. Çünki bu vasitələr məhsulun içərisində yüksək konsentrasiyada toplanmağa başlayır. Axar su altında və hətta qaynar suda belə yumaq kifayət etmir.
Həkim meyvə-tərəvəz zəhərlənmələrindən qorunmaq üçün bunlara diqqət etməyin vacibliyini bildirib: "Əsasən mövsümündə və təbii şəraitdə yetişmiş, coğrafi əraziyə məxsus olan məhsulların istifadəsinə üstünlük verin. Çox böyük və cəlbedici meyvələrdən ehtiyatlı olun. Aldığınız məhsulu istifadə etməzdən əvvəl qaynar və axar su altında yuyun. Yuyularkən diqqət edilsin ki, qabıq üzərində yağla bulaşıq görüntü varsa, tam təmizlənsin və ya qabığı soyulduqdan sonra istifadə edilsin. Kontaminasiyadan qaçmaq üçün yeməkxanalarda gigiyenik normativlərə ciddi əməl etmək lazımdır. Qida sektorunda işləyən xəstə və daşıyıcılar zamanında aşkarlanıb müalicə üçün kənarlaşdırılmalıdır.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə