Saçqıranlardan BU CÜR qurtulun

572 baxış

Saçqıranlar üçün təbii maska
Saçlar qadınların gözəl görünməsi üçün önəmlidir. Gözəl saçlara sahib olmaq isə heç də asan deyil. Onlara qulluq etməsən, solğunlaşar, seyrəkləşər. Saçqıranlar isə gözəl saçların qənimidir. Bir çox qadın saçqıranlardan qurtulmaq üçün saçlarını kəsdirir. Ancaq necə edək ki, həm saçlarımız uzun qalsın, həm də saçqıranlardan qurtulaq?
Sizə saçqıranlardan qurtulmaq üçün unikal iki resept verəcəm.
1-ci
4 çay qaşığı zeytun yağını, 1 ədəd yumurta sarısını və 1 desert qaşığı balı bir qabın içində yaxşıca qarışdırın və saçlarınızı çəngə-çəngə ayıraraq saçqıran olan yerlərə sürtün. Maskanı bütün saç uclarına çəkəndən sonra saçları dəsmalla bürüyün. 45 dəqiqə gözləyin və şampunla maskanı təmizləyin. Bu maskanı həftədə 1 dəfə edin.
2-ci  resept:
1 çay qaşığı zeytun yağını, 1 çay qaşığı badam yağını, 2 xörək qaşığı avokado yağını bir qaba töküb ocaqda azca qızdırın və saç uclarına çəkin. Daha sonra saçları dəsmala bürüyün. Maska saçda ən az 6 saat qalmalıdır. Səhər qalxdıqda saçları bol şampunla yuyun. Bu maska saçların parıltısını özünə qaytaracaq, saçları yumşaldacaq və daha həcmli edəcək. Maskanı həftədə 1 dəfə təkrarlayın.
Saçqıranlara səbəb olan amillərdən uzaq durub, saçlara mütəmadi olaraq baxım maskaları çəksəniz, saçqıran əmələ gəlməsinin qarşısını ala bilərsiniz.
Unutmayın, saçqıranlar saçınızın inkişafına mane olur və saçınızın tökülməsinə gətirib çıxarır

Demədi Demə

16:03 07.11.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə