Dırnaqlarınızda bunlar varsa baxın

576 baxış

Bilirsinizmi ki, dırnaqlarımız xəstəlikləriniz haqqında məlumat verə bilər? Dırnaqların təbii rəngi və formasını dəyişməsi ciddi xəstəliklərin əlaməti ola bilər. Dırnaq - bədənin örtük üzvlərindən biridir. Dırnaq barmaqların ucunu qoruyur.

 Dırnağın tərkibi keratindən təşkil edilmişdir. Dırnaq insanın yaxşı və pis adətlərini özündə əks etdirir. Barmağa gözəllik verməklə yanaşı, dırnaqların başqa vəzifələri də vardır. Cisimləri qaldıran zaman kömək edər, bədənin ümumi sağlamlığından xəbər verər.
Rəngi qaçmış dırnaqlar.
Bəzən dırnaqların rəngi qaçmış olur və bu ciddi xəstəliklərin göstəricisi ola bilər: qan azlığı, qaraciyər xəstəlikləri, yanlış qidalanma.
Ağ rəngli dırnaqlar.
Bəzən dırnaqların içi ağ və kənarları qara olur, bu, qaraciyər xəstəliyi olan hepatit xəstəliyinin göstəricisi ola bilər.
Sarı rəngli dırnaqlar.
Dırnaqların saralması göbələk xəstəliklərinin olduğunu göstərir. İltihabların artması ilə dırnaqlar daha çox nazikləşər. Eyni zamanda ağciyər xəstəliklərinin, diabet xəstəliyinin göstəricisi ola bilər.
Göyərmiş dırnaqlar.
Göy rəngə çalan dırnaqlar bədəndə oksigenin çatışmadığını göstərir. Həmçinin ağciyər xəstəliyi olan pnevmoniyanın göstəricisi ola bilər. Bəzi ürək xəstəliklərində də dırnaqlar göy rəngə çalır. 
Nahamar səthi olan dırnaqlar.
Əgər dırnaqların səthi hamar deyildirsə, dalğavaridirsə, artrit iltihabının olduğunu bildirir. Yəni bədəndə olan oynaq xəstəliklərinin göstəricisidir.
İki yerə bölünmüş dırnaqlar.
Quru və sınan dırnaqlar, iki yerə ayrılan dırnaqlar - göbələk xəstəliklərindən xəbər verər.
Şişib, qızaran dırnaqlar.
Əgər dırnaq ətrafındakı dəri şişib, qızararsa, lupus xəstəliyinin olduğunu göstərir. Eyni zamanda sadəcə dırnaqların iltihabı da ola bilər.
Dırnağın sonunda qara xətlər.
Dırnağın sonunda qara xətlərin olması təhlükəli dəri xərçəngi olan melanomanın əlaməti ola bilər.
Yeyilmiş dırnaqlar.
Dırnaqların yeyilməsi psixoloji problemlərin nişanəsidir. Daima iztirabda olan insanlar, stress keçirən və vasvası insanlar çox zaman dırnaqlarını yeyirlər. Əgər bu adətinizin qarşısını ala bilmirsinizsə, həkimə müraciət edin.
Beləliklə deyə bilərik ki, əgər dırnaqlarınızda dəyişiklik hiss etmisinizsə, bu, bəzi xəstəliklərin əlaməti ola bilər. Belə olan zaman yaxşı olar ki, həkimə müraciət edəsiniz.

Demədi Demə

12:21 18.10.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə