Nar-təbii afrodizyak! Narı sevməyənlər var? Varsa, rəylərdə qeyd edərsiniz... Narın 10 ən faydalı meyvə siyahısında yer almağı təsadüfi deyil. Elmi araşdırmalar sübut edib ki, nar xolesterolu və qan təzyiqini tənzimləyir, stressdən yaxa qurtarmağa kömək edir, üstəlik, antioksidan xarakterlidir. Son aparılan tədqiqatlar nar yeməyin bəzi xərçəng növlərini önlədiyini isbatlayıb. Narın tərkibində təbii lif, C vitamini, K vitamini və kalium var. Afrodizyak effektli qidalardan söz düşdükdə, nar mütləq ilk cərgələrdə yer almalıdır. Nar şirəsi antioksidan xarakterinə görə yaşıl çaydan və ya qırmızı şərabdan daha üstündür. Çox adam nar dənələrini aradakı nazik pərdələrlə birgə yeyir. Orta hesabla, bir narda 600 dənə ola bilir. Nar yağı qədim dövrlərdən bəri tibbdə geniş istifadə edilib. Bu yağ nar dənələrindən alınır. Nar dənələrinin orqanizmə verdiyi fayda çoxdur. Narın tərkibində 72 kkal, 16,3 qr karbohidrat, 1,5 qr protein, 1 qr yağ, 3,5 qr lif, 11,9 qr şəkər, 14,3 mikroqram K vitamini (gündəlik ehtiyacın 17,9%-i), 8,9 milliqram C vitamini (gündəlik ehtiyacın 14,8%-i), 33 mikroqram fol turşusu (gündəlik ehtiyacın 8,3%-i), 205 milliqram kalium (gündəlik ehtiyacın 5,9%-i), 0,07 milliqram B vitamini (gündəlik ehtiyacın 3,5%-i), 31 milliqram fosfor (gündəlik ehtiyacın 3,1%-i) var. Bəzi qədim dünyagörüşlərdə nar bolluq və nəsilartırma simvolu kimi qəbul edilir. Meyvənin afrodizyak effektli olması isə son dönəmin kəşfidir. Edinburqdakı Queen Margaret Universitetində aparılan araşdırmalar testosteron hormonunun artmasında narın önəmli olduğunu açıqlayıb. Heyvanlar üzərində keçirilən sınaqlar uğurla nəticələnib; ereksiya prosesinin izlənilməsi ehtimalları doğrulayıb. Narın oynaq atrofiyalarının qarşısını aldığı da məlumdur. Hər il dünyada 3 mln insanda oynaq atrofiyası aşkarlanır. Nar oynaq hüceyrələrini yeniləyən ən təbii vasitədir. Yaş artdıqca orqanizm daha çox sərbəst radikala məruz qalır və daha çox sərbəst radikal ifraz edir. Bununla bərabər, orqanizmin təbii antioksidan istehsalı yaşın artmasıyla azalır. Antioksidant maddələr lazımlı miqdarda qəbul edilmədikdə xərçəng, ürək xəstəlikləri, damarların kirəclənməsi, yüksək təzyiq kimi xəstəliklərə tutulma ehtimalı artır. Nar təbii antioksidantdır. Və qida rasionundan narı əskik etməyən insanlarda hüceyrə yenilənməsi prosesi daim baş verir. Başqa bir araşdırmada narın xərçəng şişlərinin yaranmasına mane olduğu kəşf edilib. Döş xərçənginin ilkin etapında nar ekstraktının sınağı mükəmməl nəticə verib. Belə ki, nar ekstraktı döş xərçənginin ilkin əlamətlərini nəinki, inkişafdan saxlayıb, hətta, tamamilə yox edə bilib. Bir sözlə, narın tərkibindəki omega-5 doymamış yağı döş xərçəngi üçün əsl maneədir. Nar suyu içən kişilərdə prostat xərçəngi riskinin azaldığı da tədqiqatlar nəticəsində məlum olub. Laboratoriya şəraitində nar ekstraktının prostat şişinə təsiri öyrənilib. Nar ekstraktı uğurla prostat şişinin böyüməsinə əngəl olub. Narın tərkibində qan təzyiqini tənzimləyən bioaktiv polifenol növləri var. 2013-cü ildə aparılan bir araşdırmada məlum oldu ki, nar ekstraktı yüksək qan təzyiqi olan insanlarda təzyiqi stabilləşdirmək qabiliyyətinə malikdir. Başqa bir Fitoterapiya araşdırmasında cəmi iki həftə qida rasionuna nar daxil etməyin qanı durultduğu, təzyiqi nizamlaması müşahidə edilib. Narda olan bioaktiv birləşmələr antibakterial xarakterlidir. Nəfəs borusu, həzm sistemi, dəri, daxili orqanlarda olan bir çox iltihabi proseslərin önlənməsi və aradan qaldırılmasında nar ekstraktının xüsusi yeri var. Nar yemək orqanizmdəki probiotik bakteriyaları aktiv hala gətirir. Onlar da zərərli bakteriyaları və parazitləri sıradan çıxarır. Bu gün ürək xəstəlikləri dünyada rast gəlinən ən geniş ölüm səbəbidir. Nar suyu içmək arterial damarlardakı tıxanıqlığı aradan qaldırır. Qandakı xolesterolu aşağı salır. Klinik qidalanma qurumunun açıqladığı məlumata görə, damar daralmasına da nar suyu içmək faydalıdır. Qurum boyun arteriyalarından biri daralan 12 xəstə üzərində araşdırma aparıb. Bu xəstələr iki həftə ərzində gündəlik qida rasionuna nar suyu əlavə edib. Nəticədə, damar daralması 11%-dək azalıb. Nardakı polifenolun yaddaş pozğunluğuna da yaxşı təsir etdiyi aşkarlanıb. Tədqiqat obyekti kimi seçilən 4 ahıl insan bir ay ərzində hər gün 200 ml nar suyu içib. Ayın tamamında onlarda görmə qabiliyyətinin yaxşılaşdığı, yaddaş möhkəmliyi müşahidə edilib. Heyvanlar üzərində aparılan və davam edən araşdırmalarda isə narın alzeymer xəstəliyi zamanı hansı effekt göstərdiyi araşdırılır. Hələlik nəticələrin yaxşı olduğunu, nar ekstraktının alzeymer xəstəliyinin irəliləməsinə mane olduğu açıqlanıb. Başqa bir araşdırma isə narın əzələ sisteminə təsirini öyrənməkdədir.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə