Şəfa verdiyi orqana bənzəyən qidalar
Beynimiz hansı qidaya bənzəyir?
Təbii ki, qoz ləpəsinə.
Gümüş ionuna ehtiyac duyan tək orqanımız beynimizdir.
Onun bu ehtiyacını təkcə qoz ləpəsi ödəyə bilir.
Beynimizin sağlamlığını qorumaq üçün gündə 2-3 ədəd qoz yemək lazımdır.
Ürəyimiz hansı qidaya bənzəyir? Pomidora... Tərkibindəki likopen sayəsində pomidor ürəyimiz üçün əsl antioksidan deposudur.
Ürəyinizin sağlam olması üçün pomidoru süfrənizdən əskik etməyin.
Ağciyərlərimiz hansı qidaya bənzəyir? Üzümə... Qan artırıcı xüsusiyyətə malik olan üzüm ağciyərlərimizə oksigen daşıyır. Siqaret çəkən insanlar üzüm yeməyə üstünlük verməlidir.
Gözümüz hansı qidaya bənzəyir? Yerkökünə... Tərkibindəki A və E vitamini, həmçinin, beta-karoten və lutein sayəsində yerkökü gözlərə müsbət təsir edir. Yerkökü yeyərək göz sağlamlığınızı qoruyun.
Qulağımız hansı qidaya bənzəyir? Göbələyə... Ağ göbələklər malik olduğu D vitamini sayəsində eşitmə çətinliyini aradan qaldırır. Eşitmə qabiliyyətinizi möhkəmləndirmək üçün mütləq göbələk yeyin.
Böyrəklərimiz hansı qidaya bənzəyir? Lobyaya... Tərkibində bolluca lif olan lobya böyrəkləri gücləndirir və böyrəklərdə yaranan qumların tökülməsinə səbəb olur. Antioksidan xüsusiyyətli dən lobyanı sağlamlığınızı qorumaq üçün mütləq yeyin...
Mədəaltı vəz hansı qidaya bənzəyir? Kartofa... Tərkibində yüksək miqdarda B6 və A vitamini olan kartof qan təzyiqini nizamlayır. Beləliklə, mədəaltı vəzin işi asanlaşır. Əgər mədəaltı vəzdə xərçəng varsa, bolluca kartof yemək onun böyüməsinə mane olur. Həzm sisteminin önəmli bir parçası olan mədəaltı vəzinizi qorumaq üçün kartofdan istifadə edin.
Mədəmiz hansı qidaya bənzəyir? Zəncəfilə... Mədə başda olmaqla, zəncəfil bütün həzm sisteminin işinə kömək edir. Qədim zamanlardan bəri mədə bulantılarına qarşı istifadə olunur. Zəncəfil çayı içmək də mədənizi qorumağa kömək edəcək.
Döşlər hansı qidaya bənzəyir? Greyfurta... Tərkibindəki limonoid sayəsində qadınları döş xərçəngindən qoruyan greyfurtu qida rasionunuzdan əskik etməyin.
Uşaqlıq hansı qidaya bənzəyir? Avokadoya... Meyvə həm uşaqlıq borusu xərçəngindən qoruyur, həm də hormon balansını təmin edir. Unutmayın, avokadonun yeyilməsi üçün 9 ay gözləmək lazımdır. Təbii antioksidan olan avokadonu tez-tez yeməkdə fayda var.
Sümüklər hansı qidaya bənzəyir? Kərəviz saplağına...
Kərəvizin tərkibində yüksək miqdarda sodium və silisium var. Bu da bütün sümükləri gücləndirir.
Sümük xəstəliklərinin müalicəsi və gələcəkdə ola biləcək sümük əriməsinin qarşısını almaq üçün kərəvizdən bol-bol istifadə edin.
Hüceyrələrimiz hansı qidaya bənzəyir? Soğana... Soğan yemək hüceyrələrin quruluşunu pozan toksik maddələrin orqanizmdən atılmasına səbəb olur. Hər gün soğan yeyən insanların hüceyrələri daha sağlamdır.
Spermatozoidlər hansı qidaya bənzəyir? Soya cücərtilərinə... E vitamini və sink ilə zəngin olan soya cücərtiləri spermatozoidlərin sayını artırır və onları daha hərəkətli edir. Orqanizm üçün faydalı yağlara malik soya cücərtiləri kişilərin rasionunda önəmli yer tutmalıdır.
Xərçəng hüceyrələri hansı qidaya bənzəyir? Brüssel kələminə... Lif, C vitamini, beta-karoten və indol adlanan nitrat birləşmələri ilə zəngin olan brüssel kələmi xərçəngə tutulma riskini azaldır.
Mütəmadi olaraq brüssel kələmi yemək orqanizmin xərçəngə qarşı müqavimət gücünü artırır.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə