A və C vitamini ilə zəngin olan bu tərəvəzin qabıqları olduqca faydalıdır. Mütəxəssislər yemiş qabıqlarını qanadılıdıqdan sonra istehlak etməyi tövsiyyə edirlər. Bu zaman həzm sistemi yaxşılaşır. Bundan əlavə yemiş və limon qarışımı da insan sağlamlığına müsbət təsir göstərir. Xüsusilə arıqlamaq üçün effektiv üsul hesab edilir. Səhər yeməyindən öncə 1 stəkan qaynadılmış yemiş suyu içmək mədənin toxluq səviyyəsini nəzarət altında saxlayır. Bundan əlavə metobolizmanı sürətləndirir. Dərinin təzə görünməsini təmin edir. Dəriyə qulluq üçün də faydalı olan yemiş, əzilib soyuq südə qatıldıqdan sonra üzə çəkildikdə dərini nəmləndirir. Xüsusilə quru dərilərə çox faydalıdır.
Yemiş, sodium, maqnezium, potasium və dəmir baxımından olduqca zəngindir.
- C vitamini baxımından zəngin olan qovun, immunitet sistemini gücləndirir;
- Təzyiq aşağı olduğu zaman istehlak edilməlidir;
- Dərini qidalandırıcı xüsusiyyəti sayəsində saç dərisindəki hüceyrələrin deformasiya olmasına mane olur və saç tökülməsinin qarşısını alır. Eyni zamanda sədəf və eqzama kimi dəri xəstəliklərinə tutulma riskini azaldır;
- qovun çəyirdəkləri qaynadılıb istehlak edildikdə böyrəkdə olan qumu sidik yolu ilə bədəndən xaric edir;
- Ağciyər xəstəliklərinə səbəb olacan zərərli hüceyrələrin sovrulmasını sürətləndirir.
Yemiş və limon qarışımının faydası
Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş, limonlar qarışdırılıb blendirdən keçirildikdə güclü antioksidant təsiri yaradır. Xüsusilə infarkt xəstəliyindən əziyyət çəkənlər hər səhər mütəmadi olaraq bir qədər yemiş və limon qarışımını istehlak edə bilər. Bundan əlavə, xərçəng xəstəliyinin yaranma riskini azaldır.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə