Samsung yeni qacetlərin təqdimatını məsafədən keçirə bilər

1048 baxış

Yaxın vaxtlarda Samsung-un iki flaqman smartfonunun təqdim ediləcəyi gözlənilir.

Demedideme.az ted.az-a istinadən bildirir ki, Samsung Electronics şirkəti böyük ehtimalla smartfonlarının flaqman modellərini onlayn rejimdə təqdim edəcək.

Agentliyin məlumatına görə, şirkət rəhbərliyi koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə bu addımı atmağa qərar verib.

Hər il şirkət Nyu-Yorkda "Unpacked" adlı tədbirdə öz məhsullarını təqdim edir, lakin bu dəfə belə bir addım ziyarətçilər arasında infeksiyanın yayılması ilə nəticələnə bilər.

Samsung-un yaxın vaxtlarda iki smartfonu təqdim ediləcəyi gözlənilir: Galaxy Note 20 və qatlanan Galaxy Fold 2.

Bundan əlavə, agentliyin məlumatına görə, şirkət ictimaiyyətə Galaxy Tab S7 tabletinin yeni modelini və Galaxy Match 2 smart saatlarını nümayiş etdirə bilər.

Demədi Demə

20:20 13.06.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə