Tanınmış iqtisadçı, Massaçusets Texnologiya Universitetinin professoru David Asemoqlu və Boston Universitetindən Paskual Restrepo robot texnikasının əmək bazarına təsirini qiymətləndiriblər. Məlum olub ki, 1990-cı ildən 2007-ci ilədək ABŞ-da hər bir yeni robotun yaradılması ilə əhalinin sayı üzrə məşğulluq nisbəti orta hesabla 0,2% azalıb. Beləliklə, hər yeni robot təxminən 3,3 işçini əvəz edib. Həmin dövrdə robotların yayılmasına görə işçilərin maaşları təxminən 0,4% azalıb. Bu təsir region və sahədən asılı olaraq dəyişir. Lakin robotların tətbiqi başqa sahələr və regionlar üçün müsbət nəticələr (qiymətlərin azalması nəticəsində) də doğurur.
Demedideme.az ictnews.az-a istinadən bildirir ki, müəlliflər bildirirlər ki, istehsalın robotlaşdırılması gəlir bərabərsizliyini artıra bilər, çünki robotlar əsasən aşağı və orta ixtisaslı işçiləri əvəz edirlər. Robotlarla rəqabət səbəbindən onların maaşı azalır.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə