“iPhone 14” haqqında ilk təfərrüatlar məlum olub

605 baxış

"TSMC" şirkəti 2021-ci ildə 3 nanometrlik (nm-lik) prosessorların istehsalını planlaşdırıb. Belə çiplər "iPhone 14" aparatında istifadə olunacaq.

Demedideme.az ictnews.az-a istinadən bildirir ki, mənbələrin məlumatına görə, "TSMC" şirkəti daha kiçikölçülü nm-lik prosessorların hazırlanması üzərində işləyir və yeni istehsal xətləri qurmağa başlayır. 3 nm-lik texnoloji proses üzrə hazırlanmış ilk çip partiyasının 2021-ci ildə hazır olacağı, 2022-ci ildə isə onların həcminin artırılacağı gözlənilir. 3 nm-lik çiplər "Apple" şirkətinin 2022-ci il üçün planlaşdırılmış smartfonlarında istifadə olunacaq.

Yeni nəsil çiplər haqqında texniki təfərrüatlar açıqlanmayıb.

Demədi Demə

12:20 13.06.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə