Samsung The Frame - həyat tərzinizə uyğun televizor

452 baxış

Samsung sayəsində, son bir neçə il ərzində televizor istənilən interyeri tamamlayaraq həyat tərzinin bir hissəsinə çevrilib. Mühəndislər, keyfiyyətli məzmunun ötürülməsində nailiyyətlər qazanmaqla yanaşı, televizoru sənət əsərinə çevirməyə müvəffəq olmuşdurlar.. Beləliklə, The Frame (2020) adi televizor funksiyalarını yerinə yetirən, lakin istifadə olunmadığı zaman rəqəmsal foto çərçivə kimi fəaliyyət göstərən, dekorativ dizayn elementini təmsil edir.

Belə ki, televizordan çox vaxt istifadə etmədiyimizdən, cihaz bir növ "qara nöqtə" şəkilində divardan asılı qalır, bu səbəbdən The Frame ətraf dizaynla ahəng yaratmaq üçün interyerlə uyğunlaşmağa kömək edən çox sayda funksiyaları özündə birləşdirir.

Burada, The Frame-in qara metaldan hazırlanmış korpusunu, incə haşiyəyə alan çərçivə, həqiqətən də sənət əsərlərinə bir növ tövhədir.  Maqnit kilidlər sayəsində, hissələrinin bir birinə asanlıqla bərkidilər çərçivələrin, həm də əlavə əldə edəbiləcəyiniz rəngləri də mövcuddur. Həmçinin, standart rənglərdən əlavə, 32" yeni modellərdə limon, açıq çəhrayı və platin  rəngli çərçivələr də təqdim edilib. Yuxarıda qeyd edilən yeni ölçülü model ilə yanaşı, həm də diaqonalı 75" təşkil edən  televizorda artıq satışdadır.

Beləliklə, qeyd edilən televizor modelinin həndəsi formaları xüsusi divar bərkitməsi ilə tamamlanır. The Frame ilə birlikdə satılan bu bərkitmə, divarla cihaz arınsa demək olar ki, heç bir boşluq saxlamayaraq, "rəsm" konseptini tamamlayır. Beləliklə, televizoru əlavə kömək olmadan asanlıqla quraşdıraraq, asılı vəziyyətdə baxış bucağını tənzimləmək mümkündür.

Eyni zamanda,  The Frame (2020) komplektasiyasında One Connect Box  mövcud olan yeni Samsung televizorlarından biridir. Bu qoşqu televizora qoşulmuş cihazların kabellərinin dolaşmasının və interyerin ümumi görünüşünün pozulmasının qarşısını almağa kömək edir. Beləliklə, bütün xarici cihazlar, rəf və ya dolab daxilində "gizlədə" biləcəyiniz, xüsusi aparat blokuna qoşulur. One Connect Box özü isə, daxilində həm də The Frame tələb olunan elektrik enerjisini ötürən kabeli olan, demək olar ki, gözə görünməz yeganə kabel ilə televizora qoşulur.

Yuxarıda qeyd edildiyi kimi, The Frame-i fərqləndirən xüsusiyyətlərdən biridə Art Mode-dur. Bu rejimdə televizor sənət əsərlərini, rəsmləri, eləcə də sizin foto şəkillərinizi nümayiş etdirə bilir. Beləliklə, televizordan istifadə etmədiyinizdə, buna misal olaraq, ekranda mənzərədən zövq ala bilərsiniz. Qeyd etmək, lazımdır ki, istehsalçı 20 rəsm əsərini artıq yaddaşa əlavə edib,  lakin Samsung-un dünyanın bir sıra məşhur muzey və qalereyaları ilə əməkdaşlıq etdiyini nəzərə alaraq, istədiyiniz zaman zövqünüzə uyğun yeni əsərlər seçmək imkanınız da var. Bunun üçün məşhur sənətkarların əsərlərindən öz rəsm kolleksiyalarınızı yarada biləcəyiniz Art Store tətbiqindən istifadə etməyiniz gərəkdir.

Bundan əlavə, The Frame məkanın işıqlandırılma şəraitini təhlil edərək təsvir parlaqlığını və rəng tonunu maksimal dərəcədə canlı ifadə etmək üçün tənzimləyən işıq sensoru ilə təchiz edilmişdir. İndi siz əsəri, müəllifin nəzərdə tutduğu kimi seyr edə biləcəksiniz. Qeyd etmək lazımdır ki, bir milyard çalardan ibarət rəng palitrasını əks etdirməyə qadir olar kvant nöqtələrinin innoativ texnologiyasının köməyi ilə, burada istənilən şəkil parlaq və rəngarəng görünəcəkdir. Beləliklə, indi siz 100% rəng həcminin ötürülməsi sayəsində rəsmlərin ən kiçik detallarını belə seyr edə biləcəksiniz.

Unutmayın ki, Samsungun yeni televizoru təkcə incə dizayn elementi deyil, həm də 3840 x 2160 piksel icazəli, Dual LED texnologiyası ilə təchiz edilmiş, 4K ekrandır. Sözü gedən, eyni anda iki diapazon işıq hərarətini (isti/soyuq) əks etdirə bilən bu ikili işıqlandırma texnologiyası sayəsində, inanılmaz təzadlı daha canlı rənglərin ötürülməsi təmin olunur.

Həmçinin, üzərində mükəmməl, yüksək icazəli məzmunu əks etdirməklə yanaşı, televizor istənilən siqnalı 4K keyfiyyətli görüntüyə yaxın təsvirə qədər yaxşılaşdırır. "Ağıllı" Quantum 4K prosessoru görüntüləri emal edərək, miqyaslaşdırır. Burada, süni zəka videonu təhlil edərək, yayılmaları aradan qaldırır və hər səhnəni optimallaşdırmaq üçün yeni şəkil elementləri əlavə edərək, təsvir keyfiyyətini artırır.

Mükəmməl görüntü ilə birlikdə The Frame sizə həm də zəngin və həcmli səsləndirmə təqdim edir. Belə ki, quraşdırılmış 2.2 kanallı səs sisteminin ümumi gücü 40 Vt təşkil edir,  aktiv nitq gücləndiricisi isə video səsini təhlil edərək, ekranda ötürülən səhnədən asılı olaraq optimallaşdırır. Beləliklə, məkan daxilində mövcud olan fon səs-küyündən asılı olmayaraq, siz daim diktorların səsini eşidəcək, filmin ən maraqlı məqamlarını isə qaçırmayacaqsınız.

Samsung The Frame televizorları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.az, Soliton  və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

 Digər maraqlı xəb

Demədi Demə

10:20 13.06.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə