Telefonunuz saxtadır, yoxsa orijinal? -SONA QƏDƏR İZLƏYİN VƏ ÖYRƏNİN

684 baxış

Demədi Demə kanalına abunə olmağı unutmayın. Hər həftə sizə daha maraqlı videolar təqdim edəcəyik.

Telefonun saxta olub-olmadığını necə anlamaq olar? 
Ağıllı telefonların istehsalı artdıqca saxta telefonlar da çoxaldı.   Bəzən elə telefon və ya telefon aksesuarları istehsal olunur ki, onların əsl, yaxud saxta olmasını anlamaq mümkün olmur. Elə isə gəlin, telefonumuzun original, yaxud saxta olmasını birgə yoxlayaq. 
5. Qablaşdırma...  Telefon almaq istəyəndə əvvəlcə qablaşdırmaya baxın. Saxta telefonların qablaşdırmalarında xüsusilik nəzərə çarpmır.  Original telefonları istehsal edən müəssisələrdə isə qablaşdırma keyfiyyətin ilkin göstəricisi hesab olunur. Ona görə də, istehsalçı qablaşdırmanın xüsusiliyinə diqqət edir.   Qutunun üzərindəki yazılar oxunaqlı olmalıdır. Qablaşdırmanın tər-təmiz;  qatlanmadığına, əzilmədiyinə əmin olun. 
4.  Material keyfiyyəti...  Qutunu açdınız və telefonu əlinizə aldınız.  Onun materialının keyfiyyətli olub-olmadığını yoxlayın.  Buna görə mütəxəssis olmaq lazım deyil. Kənardan baxanda da telefonun görünüşü materialın original, yaxud saxta olduğundan xəbər verir. Məhşur  şirkətlər materialın keyfiyyətinə önəm verir. Yəni, künc-bucaqda, çıxıntılarda heç bir əyər-əskiklik olmur.  Telefonun kənarlarında, yaxud arxa üzündə rəng fərqi varsa,  demək, o, saxtadır. 
3. Yazılar... Telefonun, adapterin, Usb-lərin loqoları məhşur şirkətlərin  mövcudluğunun təminatıdır. Çünki, loqo, həm də  istehsalçının reklamıdır. Loqodakı hərflər  nizamla düzülür.  Nizamın azca da olsa pozulması saxtalığın göstəricisidir. Bu yazılar əllə, yaxud  maye vasitəsilə silinə bilməz. Saxta məhsullarda loqolar da keyfiyyətsiz yazılır. 
2. Adapterə diqqət edin...  Original adapterlərin elektrik mənbəyinə qoşulma nöqtəsində xüsusi çıxıntılar var. Bu çıxıntılar ilk baxışdan görünməsə də  əl ilə yoxlamaq mümkündü. Saxta adapterlərin  xarici səthi də keyfiyyətsiz olur. Yəni, o üz-bu üzə çevirməklə adapterin  originallığını yoxlamaq olar. Saxta adapterlər  originallara nisbətən daha yüngül olur. 
1. Usb-lər... Telefonların enerji yığması və ya başqa elektron cihaza qoşulması üçün Usb kabellər  istehsal olunur. Əgər Usb kabelin cihaza qoşulan ucluğunda kiçik oyuq varsa, deməli originaldır. Bu oyuq yoxdursa, yaxud çox səthidirsə, deməli Usb kabel saxtadır.  Usb kabelinizin saxtalığının bir sübutu da, onun ucluğunun daha uzun olmasıdı. Burda da material keyfiyyəti önəmlidir. Usb kabelinin keyfiyyətini əllə də yoxlamaq olur.

Demədi Demə

15:00 13.06.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə