Koronavirus pandemiyası dövründə insanlar vaxtlarının çox hissəsini evdə keçirdikləri üçün internet şəbəkələrinin sürətində problemlər yaranıb. Videozənglər, onlayn oyunlar, “Netflix” və “Youtube” kimi platformaların istifadəsi bu problemin səbəblərindən ola bilər.
Demedideme.az xarici mətbuata istinadən internet sürətinizi yaxşılaşdırmaq üçün tövsiyələri təqdim edir:
Modemlərdə 2.4 GHZ və 5 GHZ tezliklərində iki ayrı şəbəkə mövcuddur. Bunların adlarını bir-birindən fərqli şəkildə təyin edin və cihazlarınızı 5 GHZ şəbəkəsinə qoşun.
Modeminizin yerinin bağlantının sürətinə necə təsir etdiyini yoxlayın. Modem hansısa rəfin altında və ya bir neçə əşyanın arasındadırsa, internet sürətiniz zəifləyə bilər.
Mikrodalğalı cihazlar simsiz şəbəkə siqnallarını qarışdıra bilər. İnternet üzərindən videozəng edərkən mikrodalğalı sobanızı işlək vəziyyətdə saxlamayın.
Evin bəzi yerlərində internet zəifdirsə, "Wi-Fi” gücləndirici cihazlardan istifadə edə bilərsiniz.
Film və serialları telefon və ya planşetdən izləyirsinizsə, bunları gecə digər internet istifadəçilərinin yatdığı vaxtda cihazlarınıza yükləyin.
Mənbə: 24media
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə