Qəbizliyi aradan qaldıran təbii qarışım

807 baxış

Qəbizlik – bağırsaq hərəkətlərinin yavaşlaması səbəbilə həftədə üç və ya daha az sayıda xaricə çıxmaqdır. Qəbizlik xaricə çıxma zamanı  çətinliklər yaradır, bağırsaqların tam boşalmamasına, prosesin ağrılı olmasına səbəb olur. 
 Həyat şəraiti və qidalanma vərdişi qəbizliyi yaradan ilkin səbəblər arasındadır. Bu iki amil yaşından asılı olmayaraq: qadın, kişi, uşaq və yaşlılarda qəbizlik probleminin əmələ gəlməsində mühüm rol oynayır. Gündəlik həyatda qəbizliyi aradan qaldıran qidalara, müxtəlif yüngül dərmanlara üz tutmaq ən asan yoldur. 
 Bəzən isə bu vasitələrdən heç biri işə yaramır. Qəbizlik uzun müddət davam edir. Bəzən qəbizliklə yanaşı çəki itirilməsi, xaricə çıxma zamanı qan gəlməsi də müşahidə olunur. Bu zaman həkimə müraciət edilməli, qəbizliyi yaradan əsas səbəb tapılmalıdır. Əgər söhbət ciddi xəstəlikdən gedirsə, müalicə olunmalıdır. 
 Qəbizliyi yaradan səbəblər sırasında həzm sistemi problemləri, vaxtında qidalanmamaq, pəhriz nizamsızlığı, hərəkətsiz həyat tərzi, müxtəlif dərmanların mütəmadi olaraq qəbul edilməsi də var. 2017-ci ildə aparılan bir araşdırmada qəbizliyi yaradan qidaların siyahısı açıqlanıb. Həmin siyahı belədir: 

1. Banan;
2. Makaron;
3. Düyü;
4. Süd;
5. Fast-foodlar;

Mütəxəssislər məsləhət görür ki, bu qidalar həftə ərzində nizamlı və xüsusi ölçüdə qəbul edilməlidir. Beləcə, qidalanma prosesində kiçik dəyişikliklər edərək qəbizlikdən yaxa qurtarmaq olar. Bolluca su içmək, daimi hərəkətdə olmaq, lifli meyvə və tərəvəzlərə üstünlük vermək, ağızda loxmaları yetərincə çeynəmək, tualet ehtiyaclarını təxirə salmamaq qəbizliyə son qoya bilər. 
Bir də əlinizin altında  “Farma Şah”ın istehsalı olan “Qəbizliyə qarşı çay” varsa, gününüzün rahat keçməsindən əmin ola bilərsiniz. Bu çayın tərkibində  işlədici murdarça meyvəsi, gicitkən yarpağı, zəyərək toxumu, dərman gülxətmi çiçəyi, aptek çobanyastığı çiçəyi, istiot nanəsi yarpağı var. Həzm prosesini yaxşılaşdıran, toxuma və əzələlərin süstlüyünü aradan qaldıran bu çay bağırsaqların peristaltikasını yaxşılaşdırır,  orqanizmdəki toksinlərin sidik və bağırsaqlar vasitəsilə xaric olmasına kömək edir. 
İstifadə qaydası  çox asandır:  iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15-20 dəq qaynayan su hamamı üzərində dəmlənir.  Süzülür, otaq temperaturunda soyudulur. Axşam yeməyindən 20-30 dəq sonra 200 ml (1 stəkan) isti halda daxilə qəbul olunur. Qəbul müddəti 4-5 həftədir. 10-15 günlük fasilədən sonra müalicə kursu təkrarlana bilər.

Demədi Demə

17:47 17.07.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə