Müqəddəs kitabımız Quranda 3 yerdə Bildirçin adı keçir.
Əl-Bəqərə, 57-ci ayə Əraf 160-cı ayə : Ta Ha, 80-cı ayə :
Hər üç ayədə Bildirçininin bizim üçün ruzi olaraq göndərildiyi qeyd olunur və qüdrət halvası adlandırılır.
- Quş əti sevənlər bildirçin ətinin necə dadlı olduğunu bilir. Sobada və ya tavada qızardılan bildirçinləri yedikcə onun faydaları haqqında beyin yormaq heç yada düşmür, deyilmi?! Əslində isə, yediyimiz hər bir şeyin orqanizmimizə yararlı olub-olmadığı haqqında düşünmək lazımdır.
Məsələn, xeyli miqdarda zülallar, vitaminlər, kalsium, amin turşuları və fosforla zəngin olan bildirçin əti kimi. Bu ət, həmçinin, dietik və müalicəvi ət sayılır. Kaloriliyi çoxdur və dadlıdır, bundan əlavə, qidalandırıcılıq qabiliyyəti var. Hələ qədimdən bildirçin əti müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib. Bu xəstəliklər sırasında ürək-damar sistemi və hərəkət-dayaq problemləri də yer alır. İllər, əsrlər keçdikcə bildirçin ətini qaraciyər, böyrək, mədə-bağırsaq xəstələrinə də məsləhət görüblər. Son tibbi yeniliklər də bu xeyirli ətdən istifadəni unutmayıb. Dövrümüzdə onkoloji xəstələrə və əməliyyata hazırlaşanlara bildirçin əti yemək tövsiyə edilir.
Bu ətin tərkibində B qrupu vitaminləri çoxdur. Ona görə də mərkəzi sinir sistemi xəstələrinin bu ətlə qidalanmaları lazımdır. Xüsusi vurğulamaq istəyirəm ki, bildirçin əti həmin xəstəliyin azalmasına səbəb olur. Tərkibindəki PP vitamini isə damarların mikrosirkulyasiyasını yaxşılaşdırır. Padaqra xəstəliyinin müalicəsində, raxit xəstəliyinin azalmasında da bildirçin ətinin orqanizmə köməyi var.
Əti bu qədər xeyirli olan bildirçinin yumurtası da gündəlik qida rasionumuza daxil olsa, yaxşı olar. Həssas qida sayılan bildirçin yumurtasının qida dəyəri olduqca yüksəkdir. 4 toyuq yumurtası əvəzinə 1 bildirçin yumurtası yeyə bilərsiniz. Müqayisə üçün deyirəm; toyuq yumurtasına nisbətən bildirçin yumurtasının tərkibində 2 dəfə çox B vitamini, 5 dəfə çox kalium, 4 dəfə çox dəmir mövcuddur.
Fikir vermisinizsə, son illər bildirçin yumurtasına maraq daha da artıb. Bu da səbəbsiz deyil. Artıq onun faydaları haqqında bilməyən az adam var. Bəzən analar bildirçin yumurtasını uşaqlara çiy halda içirir, ya da südə qatır. Bu, doğru deyil. Sübut olunub ki, yarıbişmiş halda yeyilərsə, daha faydalıdır. Zəif uşaqlar həftədə, ən azı, 3-4 dənə bildirçin yumurtası yeməlidir. Təsəvvür edin, Mendeleyev cədvəlində olan 117 elementdən 27-i bildirçin yumurtasının qabığında var. Yumurtanın qabığındakı pərdəni təmizləyib gün altında qurudun. Üyüdüb un kimi edin. Bir yumurtanın qabığından alınan tozu 10 yerə bölün, hər gün bir qismini uşağa yedirin. Nəticəni, uzağı, 3 həftəyə özünüz görəcəksiniz. Uşağın zehni inkişafı sürətlənəcək, yaddaşı möhkəmlənəcək, gümrahlaşacaq, iştahı açılacaq və hərəkətləri aktivləşəcək.
Qan azlığı olan, immuniteti zəifləyən, cinsi zəiflikdən və xroniki yorğunluqdan əziyyət çəkənlər bildirçin yumurtasına pul xərcləməkdən qorxmamalıdır. Axı, sağlamlıq hər şeydən öndə gəlir. Mütəmadi olaraq bildirçin yumurtası yeyən qadınların dərisi şəffaf və hamar olur. Kişilər üçünsə bu yumurta 3 qat artıq cinsi aktivlik vəd edir. Mütəxəssislər idmanla məşğul olanların qida rasionunda bildirçin yumurtası olmasını labüd hesab edir. Bildirçin yumurtası astma xəstələrinin rahat nəfəs almasına da kömək edir. Sadəcə, onlar yumurtanı südlə qarışdırıb içməlidir.
Radioaktiv maddələrin bədəndən xaric olmasına kömək edən bildirçin yumurtasının ən mühüm özəlliyi tərkibində xolesterinin olmamasıdır.
Yumurtaşka brendi adı ilə satışa çıxarılan təzə Bildirçin yumurtalarını Bakı şəhərində yerləşən əksər marketlərdən almaq olar. Ekranlarda gördüyünüz nömrələrə zəng edərək məhsul haqqında ətraflı məlumat əldə edə bilərsiz.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə