Arıqlamağın 10 fərqli yolu

672 baxış

Arıqlamaq bütün dövrlərdə insanların, xüsusilə də, qadınların arzusu olub. Və bu arzuya çatmaq üçün fərqli üsullar axtarmağa da gecikməyiblər.  
2015-ci ildə Çində “göbək dəliyinə kim toxuna bilir?” adlı sosial aksiya başladı. Bu aksiyada öz arıqlığı ilə fəxr edənlərlə yanaşı, fərqli üsullarla arıqlamağa çalışanlar da iştirak etdi. Weibo adlı qısa mesaj platformasında yayılan aksiyanın əsas iştirakçıları yeniyetmə qızlar idi. Göbəyinə toxunmaq çılğınlığı 2015-ci ilin iyununa qədər Weibo`da 130 milyon mesaja mövzu oldu. 
2016-cı ildən bu yana sosial mediada arıq olmağın daha bir fərqli göstəricisi geniş müzakirəyə səbəb olur. “A4 kağızı ölçüsündə bel” aksiyası ilk dəfə Çində başlayıb. Müxtəlif yaşdan insanlar A4 kağızı arxasında görünməyən bel nahiyəsi üçün qürur duyduğunu dilə gətirir və əllərinə kağız alaraq şəkil çəkdirib paylaşır. Düzdür, bu şəkillər bəzi mütəxəssislər arasında sağlam arıqlama mövzusunda mübahisələr yaradıb. Amma, qeyd edim ki, arıq olmaq üçün çılğınlıq etməyin tarixi daha qədimdir. 
Çində yaşayan Cong Yan adlı bir kişi arıqlamaq üçün qeyri-adi üsul seçib. O, 54 yaşında bir də baxıb görüb ki, 115 kiloya çatıb. Pəhriz saxlamağa başlayıb, idmanla məşğul olub, amma, arıqlaya bilməyib. Axırda arıqlamaq tarixində yeni bir metod tapıb. Başına 40 kiloluq daş qoyaraq günə 3 km-ə yaxın məsafə qət edib. 4 il ərzində xeyli arıqlayan Cong Yan kəşf etdiyi üsula görə adını “Ginnesin Rekordlar Kitabı”na yazdırmağı planlaşdırır. 
Arıqlamaq üçün ən çılğın üsullardan biri də tenya diyetidir. Tenya bağırsaqlarda yaşayan parazitdir. 1900-cü illərin əvvəllərində məhşur olan bu diyet zamanı kiçik kapsula yerləşdirilən tenya yumurtalarını udurdular. İnanırdılar ki, parazit yumurtaları bağırsaqlardakı qidanı yeyəcək, beləcə, arıqlamaq mümkün olacaq. Bu üsulla arıqlamaq az da olsa mümkün idi, amma ishal və qusma da qaçınılmaz idi. Eyni zamanda, tenya 9 sm-ə qədər böyüyə bilirdi. Bu da göz problemləri, epilepsiya, miningit kimi xəstəliklərin yaranmasına səbəb olurdu. 
İki əsr bundan əvvələ baxsaq, arıqlamağın daha bir çılğın üsulu ilə qarşılaşarıq. “Arı beli korsetləri”... Bu korsetlər bədəni qum saatına bənzədirdi. Təbii ki, bu cür sıxılmalar daxili orqanlara zərər vermək riskinə malik idi. Təsəvvür edin, 40 santimetrə qədər arıqlayan bel və yetkin bir insanın daxili orqanları hər santimetrdə bir az daha sıxışdırılır. Sənaye inqilabından sonra da arıqlamaq üçün çılğınlıqlar davam etdi. Bu dəfə  tərləyərək arıqlamağa kömək edən alt paltarı və korsetlər dəb oldu. Amma, bunlar da dərini daimi nəm saxlayır, dəri infeksiyalarına yol açırdı. 
1800-cü illərdə sirkə diyeti də məhşur idi. Bu üsulu dövrünün diyet “ikonlarından” sayılan ingilis şair Lord Bayron kəşf edib. O, hər gün sirkə içir, sirkədə saxlanan kartoflar yeyirdi. Bir ayağı daim tərəzidə olan Bayron 1806-cı ildə 88 kq çəkiyə malik olub.  Yeni üsuluna riayət edərək getdikcə arıqlayıb və  çəkisi 1811-ci ildə 57 kq-a düşüb. Təbii ki, mütəmadi olaraq sirkə qəbul edilən orqanizmin sağlamlığından söz gedə bilməzdi. Bayron zaman-zaman qusma və ishaldan əziyyət çəkirdi. 

Bu gün də arıqlamaq üçün müxtəlif metodları sınayanlar, ağlagəlməz pəhrizlərə riayət edənlər var. “Farma Şah”ın istehsalı olan “Arıqlama üçün müalicəvi çay”dan istifadə etməklə bu cür çılğın üsullar olmadan da arıqlamaq mümkündür. Tərkibində işlədici murdarça meyvəsi, istiot nanəsi yarpağı, zəncirotu kökü, cəfəri toxumu, razyana meyvəsi olan çay piy toxumalarını əridir. Həmçinin,  vücuddakı şişkinliyi zamanla aradan qaldırmağa kömək edir, maddələr mübadiləsini tənzimləyir, toksinlərin bədəndə təkrar toplanmasının qarşısını alır. Bir qutuda 20 filtr-bağlama var. İki filtr-bağlamanın üzərinə 200 ml, yəni 1 stəkan qaynar su tökün, 15-20 dəq dəmləyin, otaq temperaturunda soyudun. Hər gün səhər yeməkdən əvvəl için. 
 

Demədi Demə

15:42 13.06.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə