Mədəaltı vəzi qoruyan ən faydalı qidalar

886 baxış

Əgər şərq deyimi ilə desək, “qara ciyər kraliçadırsa, onda mədəaltı vəzi şahzadədir”. Yəni, bu kiçik orqan həyatımız üçün bu qədər əhəmiyyətlidir.  Sağlam bir həyat üçün mədəaltı vəzin nazıyla oynamağı bacarmalıyıq. Təbii ki, bunun üçün məlumatlı olmağımız əsas şərtlərdən biridir. Məsələn, 2016-cı ildə mütəxəssislərin açıqladığı “mədəaltı vəzin sevdiyi yeməklər” siyahısını çap edib mətbəximizdən asmalıyıq.  Əgər həmin siyahı haqqında məlumatınız yoxdursa, buyurun, indi sadalayacağam:

1.Brokkoli. Tərkibində olan apiqenin mədəaltı vəzin toxumasını, divarını patogen təsirlərdən qoruyur.
2.İspanaq. Mədəaltı vəzi bədxasəlli şiş hüceyrələrdən qoruyur.
3.Qatıq. Mədəaltı vəz üçün az yağlı, təbii qatıqlar seçin.
 4.Balqabaq. Tərkibindəki karotin, kalium, B qrup vitaminləri, dəmir mədəaltı vəzi üçün dərmandır. Pankreatit xəstəliyi olanlar balqabaq şirəsi içsin.
 5.Batat. Qırmızı kartofa bənzər bu tərəvəz satışda olur. Formasına görə, mədəaltı vəzini də xatırladır. Vəzi artıq yükdən azad edir. 
6.Topinambur. Bizdə dombalan deyilir. Zəncəfil kökünə bənzəyir. Şirin kartof kimi dadı var. Maddələr mübadiləsini normallaşdırır, mədəaltı vəzi iltihabını azaldır. 
 7.Qarağat. Mədəaltı vəzin işini stimullaşdırır. 
 8.Qarabaşaq. Mədəaltı vəzi toksinlərdən təmizləyir, pankreatiti müalicə edir. Amma qarabaşağı yağsız, duzsuz qəbul etmək lazımdır.
 9.Qırmızı üzüm. Mədəaltı vəzin xərçəngində sağlam hüceyrələrin ölüm faizini azaldır.
 10.Biyan kökü. Pankreatiti zəiflədir. 
 Bu yemək siyahısının yanında isə daim bir qutu “Mədəaltı vəzin iltihabına qarşı çay” olsa, orqanizmimizin “şahzadəsi”nin nazını çəkdiyimizdən əmin ola bilərik.  “Farma Şah”ın istehsalı olan çay bir qutuda 20 filtr-bağlama şəklindədir. 
Tərkibi zəncirotu kökü, acı yovşan otu, adi razyana meyvəsi,  şirinbiyan kökü, istiot nanəsi yarpağı, adi boymadərən çiçəyi, aptek çobanyastığı çiçəyi, dazıotu, adi kasnı çiçəyi, zəyərək toxumundan ibarətdir.  
İltihab əleyhinə, antimikrob, ödqovucu, sakitləşdirici, spazmolitik, ağrıkəsici təsir  xüsusiyyətlərinə malikdir. Mədəaltı vəzin iltihabında, öd ifrazının çətinləşməsi hallarında, müxtəlif kliniki formalı xroniki pankreatit və öd daşı xəstəliklərində tətbiq olunur. 
İstifadə qaydası: İki filtr-bağlamanın  üzərinə 200 ml (1 stəkan)  qaynar su tökülür, 20 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfəyə ½ stəkan  olmaqla isti halda  yeməkdən 30 dəq əvvəl qəbul edilir. Qəbul müddəti 4-5 həftədir. 
 

Demədi Demə

15:40 13.06.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə