Ətsiz çiy köftənin insan orqanizmi üçün nə kimi faydaları olduğuna birlikdə baxaq. 1. Xolesterolu azaldır. – ətsiz çiy köftənin tərkibindəki qırmızı istiotdakı C vitamini portağala nisbətən 3 dəfə çoxdu. Köftəyə vurulan qoz qan laxtalanmasına kömək edir. Damar şişkinliklərinin də qarşısını alır. 2. Antioksidan bolluğu.- qırmızı istiotdakı “fenolin” adlı antioksidan maddə qıcolmaları aradan qaldırır. Qoz isə ürək nahiyəsində qanın dövranını sürətləndirir. Parkinson və alzeymer kimi xəstəliklərə tutulmaq riskini azaldır. 3. Xərçəng əleyhinə ətsiz çiy köftə…- qırmızı istiota rəng verən maddə “likopen” adlanır. Bu maddə bağırsaq xərçənginin varolma ehtimalını belə sıfıra endirir. Qadınlarda tez-tez rast gəlinən uşaqlıq xərçəngi, yaxud kişilərdə prostat xərçəngi də ətsiz çiy köftə yeyənlərdə az müşahidə olunur. Qırmızı istiotdakı “kapsaisin” maddəsi prostat şişkinliyini yox edir. 4. İmmuniteti artırır...- qırmızı istiotdakı A vitamini bədəni qüvvətləndirir. Və sizin orqanizminiz müxtəlif xəstəliklərlə “döyüşə” hazır olur. 5. Ürəyi qoruyur.- ətsiz çiy köftədədəki qozun tərkibində “larginin” maddəsi var. Bu maddə qan damarlarının daxili səthini hamarlaşdırır, beləcə, qanın axımına kömək edir. Bulğurun qandakı şəkəri tənzimləmə “qabiliyyəti” isə birbaşa ürəyin sağlamlığına xidmət edir. 6. Beyinin sürətli işləməsi. – Bildiyimiz kimi, qoz beyinin etibarlı dostudur. Tərkibindəki Omega-3 yağı uşaqlarda qavrama gücünü və diqqət toplamanı artırır. Yuxu sistemini normallaşdırır. 7. Artıq çəkidən azad edir.- Bulğurun tərkibinin liflə zənginliyini bayaq qeyd etdik. Bu liflər həzm prosesini yaxşılaşdırır. Bulğur adamı uzun müddət tox saxladığına görə də gün ərzində yemək vaxtı nizama düşür. Artıq çəkilərdən azad olmağın ən asan yolu bu deyilmi? 8. Hamilələr üçün əvəzsiz qida- ətsiz çiy köftə...- Həkimlər hamilə qadınlara da bulğur məsləhət görür. Çünki, tərkibindəki folik turşusu bətndəki körpənin beyninin inkişafına müsbət təsir edir. 9. Qrip və soyuqdəymənin əlacı-. Qırmızı istiot hüceyrələrin yenilənməsinə birbaşa təsir edir. Bronxit və qrip kimi xəstəliklər zamanı soyuqdəymənin orqanizmdən “qovulması”nda əvəzsizdir. 10. İnsulini artırır. - Ətsiz çiy köftədəki qoz şəkərli diabet xəstələri üçün həyati önəm daşıyır. Bədəndə insulini artırır.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə