Diqqət viruslar 85 faiz su ilə keçir - İçdiyiniz sudan MÜTLƏQ əmin olun

615 baxış

Su-həyat mənbəyidir. Artıq bu deyimi  duymayan və eşitdiyi anda başıyla təsdiqləməyən insan yoxdur. Su, həm də, can ala bilir... Müəyyən olunub ki, dünyadakı bütün xəstəliklərin 85%-i insan orqanizminə məhz su vasitəsilə ötürülür.  Ona görə də içdiyimiz suya diqqət etməyimiz vacibdir. 


Müasir dövrdə suyu “üfürərək içmək” üçün səbəbimiz çoxdur. Çünki, çirkli su həyatın sonu ola bilir. Elə ona görə də artıq su filtrləri hər evə lazım əşyaya çevrilib.  


Suyun tərkibində çoxlu sayda mikroorqanizmlər olur ki, bunların da bəziləri insanda qarın yatalağı, vəba,  hepatit və ya qastroenterit kimi ağır xəstəliklər yaradır. Kimyəvi maddələrlə çirklənən sulardan istifadə isə daha təhlükəlidir. Bəzən suyun tərkibindəki kimyəvi zəhərlər az-az insan bədənində, müxtəlif orqanlarda toplanır və illər sonra müalicəsi olmayan xəstəlik kimi meydana çıxır. 


Bir çox virus və bakteriyalar orqanizimə su  vastəsi ilə daxil ola  bilər.


Gördüyünüz kimi, su filtri vasitəsilə təmizlənən su sağlamlığımızın təminatıdır... 


İçməli, təhlükəsiz suyla bağlı araşdırmalar indiyədək  dünyanın 122 ölkəsində aparılıb. Məlum olub ki, dünya üzrə 1 milyard insan təhlükəsiz su içmək  imkanından məhrumdur. İnsanın yaşaması üçün orqanizm birinci oksigenə, ikinci suya  ehtiyac duyursa, üstəlik, içdiyimiz suyun təmiz olmağı sağlamlığımızın əsasını təşkil edirsə, bizi düşündürən sualların sayı artır. Məsələn, necə əmin ola bilərik ki, içdiyimiz su təmizdir? 


Daha çox kənd yerlərində yaşayanlar bulaq suyu içmək kimi böyük  şansa malikdilər. Lakin şəhər yerlərində  evdə krantlardan gələn suların təmizliyinə əmin olub sonra  içmək lazımdır. 


Əgər  içdiyimiz su gözümüzün önündə filtr vasitəsilə təmizlənirsə, ürək rahatlığı ilə fincanımızı doldurub başımıza çəkə bilərik.


“Sulax” mağazalarında siz  “MİP GROUP”un təqdim etdiyi hər çeşiddə su filtrləri tapa bilərsiniz. İri çənli,  6, 7, 8 filtrli “Sulax” avadanlıqlarına bu gün, demək olar ki, hər evdə ehtiyac var. 


Hətta, siz “Sulax” mağazalarından birbaşa su borusuna qoşulan filtr də ala bilərsiniz. Ayrıca, bu avadanlıqlarla isti, soyuq və ilıq suyun da filtrlənməsi mümkündür. Beləcə, siz duş alarkən də dərinizin heç bir çirkli suya məruz qalmadığından əmin olacaqsınız. “Sulax” mağazalarında aldığınız filtrlərə 2 illik zəmanət verilir. İstifadə edildiyi müddət ərzində pulsuz servis xidmətinizdədir...  


 ...Sağlamlığınız naminə evinizdəki su filtrlərinin güvənli və zəmanətli olduğundan əmin olun...

Demədi Demə

18:39 13.04.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə