DİQQƏT! Bakıda 140 MANATA QƏLƏM satılır - MÜTLƏQ ALIN!

541 baxış

Ağıllı Qələmi 28 May metrosunun yaxınlığında yerləşə KitabEvim.az mağazasından və ya saytından əldə edə bilərsiz Yəni yenicə dil açmağa başlayan uşaqlar əsasən dili eşidir, mimika və reaksiyalarda “görür”, sözü yanlış-doğru öyrənir, qavrayır və nəhayət, danışmağa başlayır. Əvvəlcə bir neçə kəlmə öyrənir, sonra sözlərin sayını artırır, ardınca bəsit cümlələr qurur. Beləliklə, hər bir uşaq ətrafında danışılan dili dörd-beş yaşına qədər asanlıqla öyrənir. Uşaqların danışması şüurlu proses deyildir; onlar nə bunu qarşılarına məqsəd qoyur, nə öyrənmək üçün hər hansı bir dili seçir, nə də məktəbə gedirlər. Çünki onların dilöyrənmə qabiliyyəti anadangəlmədir. Beyin dil öyrənmədə mühüm rol oynayır. Belə ki, beyinin sol yarımkürəsində yerləşən “dil öyrənmə” mərkəzi ilk yaşlardan çox aktiv olur və bu aktivlik yeniyetməlik dövrünə − 14 – 15 yaşlara doğru gedikcə azalır. Sağ və sol beyin yarımkürələrinin inkişafının yeniyetməlik dövründə əsasən başa çatması ilə dil öyrənmə də ilk illərə nisbətən çətinləşir. Əcnəbi bir dili öyrənmək üçün ən səmərəli dövr təxminən üç-yeddi yaş dövrü hesab olunur. Bu istiqamətdə xeyli tədiqatlar aparılmışdır. Məsələn, amerikalı alim J. S Conson ABŞ-da yaşayan əcnəbilərin ingilis dilini öyrənmə qabiliyyətini araşdırmış, onları “yeddi yaşa qədər”, “7-15 yaş” və “15 yaşdan sonra” kimi yaş qruplarında birləşdirmiş və qrupların qrammatik bilikləri müqayisə etmişdir. Nəticə olaraq, ingilis dilini 7 və daha kiçik yaşda öyrənənlərlə ana dili ingilis dili olanlar arasında heç bir fərq müşahidə etməmişdir. Digər qruplarda isə nəzərə çarpacaq dərəcədə fərqlərə rast gəlmişdir. Demək ki, əcnəbi dilin öyrənilməsində ideal və ən səmərəli mərhələ 3-7 yaş arasıdır. Onun ardınca 7-15 yaş dövrü gəlir. Hər yaş dövrü kimi 3-7 yaş dövrünün də spesfik xüsusiyyətləri və tələbləri var. Belə ki bu yaşda olan uşaqlar oynamağa və əylənməyə meyillidirlər. Həyat onlar üçün oyundan ibarətdir, oxumaq da, yazmaq da, şeir əzbərləmək də, nəhayət, dil öyrənmək də. Biz də bütün bunları nəzərə alaraq uşaqların ingiliscəni daha asan və məhz uşaq “dili”ndə öyrənməsini təmin etmək üçün gərgin axtarış və zəhmətdən sonra “Danışan Kitablar” ideyası çərçivəsində “Ağıllı qələm” layihəsini həyata keçirdik. Bəs “Ağıllı Qələm” nədir? “Ağıllı Qələm” yapon alimlərinin son texnoloji nailiyyətlərinin (informasiyanın kağızdan oxunması) imkanları əsasında mütəxəssislərin rəhbərliyi altında hazırlanmış ingilis dilini praktik metodlarla öyrədən tədris vəsaitidir, başqa sözlə, fərdi ingilis dili müəllimidir. Layihədə məqsəd məktəbəqədərki dövrdə uşaqları ingilis dilini öyrənməyə təşviq etmək, onlarda 1000-2000 civarında söz ehtiyatı formalaşdırmaq və onların birinci sinfə qədəm qoyarkən ingilis dilində hazırlıqlı olmasını təmin etməkdir

Demədi Demə

10:12 01.06.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə