Bank kartınız varsa, bu videoya MÜTLƏQ BAXIN - bilmədiyiniz məlumatlar

625 baxış

Kredit kartları həyatımızın bir parçasına çevrilib. Hazırda, az qala, hamının kredit kartı var. Bəs, kredit kartları nə vaxt meydana gəlib? Dünyada bir saniyədə neçə kredit kartı istifadə edilir?  Videoda kredit kartları  ilə bağlı daha öncə eşitmədiyiniz  maraqlı məlumatlarla tanış olacaqsınız... 

Bu gün həyatımızın mərkəzində özünə yer edən kredit kartlarının çox maraqlı tarixi var. İlk kredit kartları ABŞ-da meydana  gəlib və onlar kartondan hazırlanıb. O vaxt fermerlər yalnız məhsul mövsümündə qazanc əldə edirdi. İlin başqa mövsümlərində isə onlar borc alaraq dolanırdılar. Fermerlərin sayı artdıqca banklar kimin borcunun nə qədər olduğunu ayrıca hesablayır, sonra da özlərinə məlumat verirdilər. Bir gün bank əməkdaşlarının birinin  ağlına yeni ideya gəldi. O, üzərinə  borc kağızlarının  qeydiyyat nömrəsi yazılan karton kartlar hazırlayıb fermerlərə verməyi təklif etdi. Beləcə, kartın üzərindəki nömrəyə baxaraq həmin fermerin bank sənədlərini tez və asanca tapmaq olurdu.  İlk kredit kartları bu cür yarandı...
 Banklar tərəfindən kredit kartlarının rəsmi istifadəsinin tarixi isə 1946-cı ildən başlayır. Həmin ildə  Nyu-York Flatbush Beynəlxalq Bankın əməkdaşı John Briggs “Charge-İt” adlı ilk kredit kartını hazırladı və istifadə edilməsi üçün müştərilərə təklif etdi. Bu kartla alış-veriş edənlər ay sonunda mütləq  məbləği banka ödəməliydi. Təbii ki, bu kartlar Nyu-York Flatbush Beynəlxalq Bankın yaxınlığındakı mağazalar və alış-veriş mərkəzləri üçün keçərliydi. 
 1950-ci ildə Hamilton Kredit Şirkətinin başçısı  McNamara “Diners Club Card” adlı kredit kartlarını istifadəyə  buraxdı. Bu kart müxtəlif mağazalarda, hətta, restoranlarda da  istifadə edilə bilirdi. Ən maraqlı və diqqətçəkən tarixçə məhz bu kartındı. McNamara bir gün restoranda yemək yeyir, ödəmə zamanı xatırlayır ki, pulqabını evdə unudub. Ödəmənin başqa bir yolu haqqında o zaman düşünür... “Diners Club Card”lar  ilk dəfə  200 nəfərçün hazırlanıb və Nyu-Yorkun 27 restoranında istifadə edilməsi nəzərdə tutulub.  Amma, qısa zaman ərzində 20 mindən çox adam “Diners Club Card”a sahib olub. 
 Bu gün dünyada istifadə edilən  kredit kartlarının sayı, təxminən, 2 milyarddan çoxdur. Bu kartları uc-uca birləşdirsək, planetin ətrafını üç dəfə sarımaq mümkündür. Amerikan Bankları Birliyi tərəfindən aparılan araşdırmaya görə, dünyada hər saniyədə 10 min ədəd kredit kartı istifadə edilir.  
 Kredit kartları alış-verişin daha rahat olmasını təmin etməklə yanaşı, heç bir alıcını pis vəziyyətdə qoymur. Kapital Bankdan BirKart taksit kartı ilə alış-verişdən zövq almağa dəyər... 

BirKarta sahibsinizsə, deməli, faiz, ilkin ödəniş, komissiya və başağrısı gətirən digər öhdəliklərdən uzaqsınız. Alış-veriş zamanı heç bir qiymət fərqi olmadan taksitlə alırsınız. 
Həmin məbləğ ödəniş aylarının sayına uyğun eyni hissələrə bölünür. 
Geniş və müxtəlif partnyor şəbəkələrimizdən alış-veriş edin və aldığınız hər bir şeyə görə ayda bir dəfə ödəyin. 
Şübhəniz olmasın, BirKartla hər bir ödəniş faizsizdir. Çünki, biz pulumuzu sizdən yox, mağazalardan alırıq. 
Kapital Bankdan BirKart taksit kartı...Hər kəsə, hər istəyə...

Demədi Demə

12:11 29.02.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə