Müasir dövrdə varikoz xəstəliyi əsasən 2 üsulla müalicə olunur: Skleroterapiya və Lazer ablasiya. Genişlənmiş kapilyarlar və səthi venalar Skleroterapiya (iynə üsulu) ilə aradan qaldırılır. Bu zaman çox nazik iynələrlə varikoz damarlara xüsusi preparat yeridilir. Onun təsirindən patoloji dəyişikliyə uğrayan damarlar birdəfəlik itir. Bu metod seanslar şəklində həyata keçirilir. Seansların sayı damarların yayılmasından asılıdır. Yəni damar çox olduqda prosedurların sayı da ona müvafiq formada artır.
Doppler müayinəsində dərin damarlarda ağır dərəcəli genişlənmə aşkarlandıqda Lazer üsulu ilə əməliyyat yerinə yetirilir. Cərrahi müdaxilə yerli keyitmə altında heç bir kəsik aparılmadan icra olunur. Kiçik bir dəlikdən varikoz damara lazerlə təsir göstərilir. Nəticədə damar qapanır, onun fəaliyyətini digər sağlam venalar öz üzərinə götürür. Lazer üsulunun üstünlüklərindən biri də odur ki, əməliyyatdan 1 saat sonra pasiyent gündəlik həyat tərzinə qayıdır, klinikada qalmağa, o cümlədən yataq rejiminə ehtiyac yaranmır.
Hər 2 müalicə üsulunda yanaşı olaraq, varikoz corab təyin edilir. Onun geyilmə müddəti həkim tərəfindən müəyyənləşdirilir. Corab istifadəsində məqsəd əsas müalicənin təsirini gücləndirməkdən ibarətdir.
Sonda onu da qeyd etmək lazımdır ki, xəstəliyin müalicəsinə nə qədər tez başlanılarsa, bu proses bir o qədər tez və asan başa gələr.
varikozun mualicesi, varikoz mualicesi, varikoz emeliyyatı, damar hekimi, kapilyar damarların mualicesi, skleroterapiya nedir, fleboloq, damar cerrahi, damar genislenmesi, varikoz xesteliyi, varikoz damar genislenmesi
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə