Öskürəyi anında kəsən möcüzə - uşaqlar üçün

996 baxış

Uşağı olan, amma öskürəkdən şikayət etməyən kimsə  varmı ? Xüsusilə, bu mövsümdə-payızda, havanın bir gün isti, bir gün soyuq olduğu vaxt öskürməyən az uşaq tapılar.  Öskürək də, “öldürmür, amma süründürür” dediyimiz azardı. 

Bilmək lazımdır ki, uşaqların öskürmə səbəbi təkcə soyuqdəymə deyil.  Bəzən öskürək xəstəlik yox, sadəcə, simptom da ola bilir. Məsələn, viruslar, allergiya, bakteriyalar  və nəfəsalmadakı çətinliklər də öskürəyə səbəb ola bilir. Hava soyuyan zaman evlərdə qızdırıcı radiatorlar quraşdırılır. Otaq havası quruyur və uşaqlar nəfəs almaqda çətinlik çəkir.  Çox vaxt uşaqlar yuxudan öskürəklə ayılır. 
Əgər uşağınızda öskürək varsa, öncə onun səbəbini tapmağa çalışın. Kəskin öskürəyin səbəbi  çox zaman  virus  mənşəli olur. Quru öskürəyin öhdəsindən gəlmək çox çətindir. Bəlğəm sinədə uzun müddət qaldığından qatılaşır.Öskürərək bəlğəmi atmaq üçün tənəffüs əzələləri daha çox işləməli olur .


 Beləliklə öskürən uşağa necə yardım edək deyə düşünürüksə o zaman aşağidakilara diqqət yetirmək lazimdir 

• Uşaqların olduğu otağın havasını gün ərzində iki dəfə, hər dəfə də bir saatdan az olmayaraq dəyişmək lazımdır. Sərin və ilıq temperaturlu otaqda uşaqlar rahat nəfəs alır və sinəyə yığılan bəlğəm heç vaxt qurumur.  
• Adətən, valideynlər düşünür ki, öskürən və ya burnu axan uşağı eşiyə çıxarmaq olmaz. Əslində isə öskürən uşağin təmiz və nəm havaya ehtiyacı  artır. Bu zaman tənəffüs yollarına təmiz havanın  daxil olması  çox vacibdir.

• Öskürən uşağa çox miqdarda isti maye ( çay süd kompot ) vermək lazimdir ki bəlğəmə çıxartmaq  asan olsun.və  öskürən zaman ağrıyan boğazı sakitləşdirsin .

• Tam olaraq uşağı yataq rejimində saxlamaq olmaz.Uşağın kürəyini və sinəsini yüngül massaj etmək və sakit oyunlar oynamasına imkan yaratmaq lazımdır. Bronxların hərəkətdə olması  bəlğəmin  daha yaxşı çixarılmasına  kömək edəcək .

Öskürəyin müalicəsində dərman preparatlarından istifadəni də gecikdirmək olmaz.Kiçik yaşlı uşaqlar öskürəyin, xüsusilə də quru öskürəyin öhdəsindən gəlməkdə çətinlik çəkirlər. İstər quru ,istərsə də  bəlğəmli öskürəyin müalicəsində  ən optimal və müasir seçım  Qrintuss pediatrik siropudur. Qrintuss  bal,  solmazçicəyi,  bağayarpağı və qrindeliya bitkisinin molekulyar kompleksləri əsasında hazirlanmış dadli bir siropdur.Uşaqlar onu kapriz göstərmədən içəcəklər. Qrintuss  selikli qişanın qiciqlanmasina mane olaraq quru öskürəyə, seliyi durulaşdırıb  xaric olunmasını asanlaşdiraraq isə bəlğəmli öskürəyə təsir göstərir.Gecə öskürəyinin müalicəsində  Qrintuss əvəzsiz siropdur.
Grintuss 100% təbii , bioloji çəhətdən təmiz, qlütensiz,  xoş dada malik olan bir məhsuldur.
 5 il davam edən araşdırmalar nəticəsində 4 mindən çox uşaq həkimi bu qənaətə gəlib ki, GrinTuss pediatrik siropunun istifadəsi uşaqlar üçün heç bir təhlükə yaratmır. Əksinə, kiçik yaşlıların öskürəklə mübarizəsində olduqca səmərəlidir. 
 Bitki əsaslı molekulyar tərkibə malik olan GrinTuss pediatrik siropu uşaqların tənəffüs yollarını bəlğəmdən təmizləyir və müxtəlif növ bakteriyaların aşağı tənəffüs yollarına keçməsinə mane olur.  
Aboca şirkətinin apardığı araşdırmalar sayəsində GrinTuss`un öskürək zamanı konkret təsiri və effektivlik dərəcəsi müəyyən edilib. Məlum olub ki,  Grintuss öskürəyin müalicəsində yüksək nəticələr əldə etməyə imkan verir.  Yüksək effektivlik və təhlükəsizlik sayəsində son 5 ildə 12 Avropa ölkəsində  9 milyondan çox Grintuss preparatı  satılıb. 
1 yaşından böyük bütün uşaqlar üçün kəskin və xroniki öskürək, eləcə də, yuxarı tənəffüs yollarının iltihabı zamanı ən düzgün  seçim GrinTuss pediatrik siropudur.  Xoş dada malik GrinTuss pediatrik siropunu gün ərzində 3-4 dəfə, hər dəfə 1 ölçü qaşığı   uşağınıza verə bilərsiniz. Qrintuss öskürəyin təbii həllidir.

Demədi Demə

11:34 14.11.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə