Milçəklərdən qurtulmağın təbii üsulları
Təəssüf ki, yaz fəsli girəndən milçəklər ətrafımızda peyda olur. Hələ bu isti yay günlərində onların dəstə ilə hücum çəkməsi lap dözülməzdir. Biz hər nə qədər milçəkləri evimizdən, ətrafımızdan uzaqlaşdırmaq istəsək də, biri gedir, beşi gəlir. Belə demək mümkünsə, milçəklər isti ayların kabusuna çevrilir. Onlar çox sürətli və yırtıcıdırlar.
İndi sizə milçəklərlə mübarizənin təbi üsulları haqqında danışacağam.
1. Mixək və limon. Milçəklər mixək qoxusuna nifrət edir. Bu qoxu limon ətri ilə qarışırsa, onlar qeybə çəkilir. Beləcə, milçək qovuram deyə heç bir kimyəvi maddə ilə təmasa girmirsiniz. Üstəlik, evinizdən xoş rayihə gəlir. Bir limonu ortadan ikiyə bölün. Mixəkləri onun içinə taxın. Bu limonları dekorasiya ilə masanın üstünə düzün, xoş rayihədən zövq alın.
2. Milçək əleyhinə sprey. Bu spreyi evdə özünüz hazırlaya bilərsiniz. Limon ağacıyla nanə sizin milçəklərdən qurtulmanıza kömək edəcək. 2 xörək qaşığı maye sabun, 10-12 damla azca su qatılan nanə yağı, 10-12 damla limon ağacı yağı, 1 stəkan su götürün. Su ilə sabunu sprey şüşəsində qarışdırın. Nanə yağıyla limon ağacı yağını da əlavə edin, yaxşı qarışması üçün şüşəni silkələyin. Alınan qarışımı evinizin hər tərəfinə çiləyin. 2 həftədən bir bu spreyi evinizə püskürtmək milçəklərin içəri girməsinə mane olacaq.
3. Milçək tələsi. Bir bankaya alma sirkəsi və qabyuyan maye tökün. Alma sirkəsi fermental alma suyudur. Üzərinə qabyuyan maye töküldükdə onun səthindəki gərilmə yox olur. Beləcə, milçəklər bu qarışıma toxunduqda dibə batır. Sizə 2 stəkan alma sirkəsi, 1 xörək qaşığı qabyuyan maye, qapaqlı banka, plastik örtük və diş çöpü lazım olacaq. Əvvəlcə alma sirkəsini və qabyuyan mayeni bankaya tökün. Bankanın ağzını plastik örtüklə, məsələn streçlə bağlayın. Streçin üzərində diş çöpü ilə dəliklər açın. Qarışımın içinə bir dilim xarab olmağa başlayan meyvə də qoya bilərsiniz. Bu, tələnin effektini bir az da artıracaq. Milçəklər qoxunu alıb özlərini streçdəki dəlikdən içəri təpəcəklər. Lakin qayıdıb geriyə çıxa bilməyəcəklər. Hər səhər tələnizdə ən az 5 dənə milçək tapacaqsınız
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə