Paşinyanın Bakı və Ankara ilə bağlı GİZLİ PLANI üzə çıxdı - SƏN DEMƏ...

454 baxış

Ermənistanda hakimiyyət dəyişsə də, qurtuluş yolu dəyişməyəcək; çarəsiz əhali sərhədlərin açılmasını gözləyir ki, ölkədən getsin, qalmaq üçünsə bir şərt lazımdır...


Bu gün Paşinyanın Bakı və Ankara ilə bağlı gizli planı - yeni “Yol xəritəsi” haqda  danışacağıq. Videonu bəyənərək bizə  dəstək olmağı unutmayın. 

Pauza  işimiz  maarifləndirməkdir. 

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr anlaşmasından ayyarıma yaxın vaxt keçir. Bu müddətdə Ermənistanda siyasi çalxalanma demək olar, ara verməyib. 

Pauza

Müşahidələr söyləməyə əsas verir ki, erməni cəmiyyətində baş nazir Nikol Paşinyanın imza atdığı kapitulyasiya sənədinə münasibət birmənalı deyil. Yəni radikal müxalifətin təqdimatına rəğmən, heç də hamı acınacaqlı hərbi məğlubiyyətə görə cavabdehliyin hamısını Paşinyanın daşımalı olduğunu düşünmür.

Bunu müxalifətin neçə vaxtdır “İstefa!” tələbi ilə keçirdiyi aksiyalarda böyük kütləviliyin olmaması əyani sübut edir. Çünki erməni əhali başa düşür ki, ölkənin problemi heç də hakimiyyət dəyişikliyi ilə bağlı deyil. Yəni hökumətin, rəhbərin dəyişməsi prioritet ola bilməz. Prioritet olan - Ermənistan və onun bədbəxt, yoxsul xalqı üçün yeni inkişaf strategiyası, effektli “Yol xəritəsi” təqdim eləməkdir.

Aydındır ki, müxalif qüvvələrin nə belə bir strategiyası var, nə də “Yol xəritəsi”. Azərbaycana və Türkiyəyə qarşı ifrat nifrətlə hara gəlib çıxmaq mümkünsə, Ermənistan və onun xalqı bu gün elə oradadır. Yəni dərin iqtisadi-siyasi kollapsda, böhran içində. Odur ki, “dava-dava” deyən ultra-millətçi, faşist, türkofob və irqçi müxalifət sadə əhali üçün bir elə maraqlı ola bilməz. Yenə çıxış yolu nə qədər paradoksal da olsa, ara-sıra Azərbaycan və Türkiyə ilə əlaqələr qurmağın vacibliyini dilə gətirən, başı “daşdan daşa” dəymiş Paşinyandan gələ bilər...

Demədi Demə

11:41 24.12.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə