Ermənilər “köçkün” adı ilə bir ucdan Xankəndinə aparılır. Sayları artıq 40 mini keçib, proses isə aralıq vermədən davam edir. Bəlkə bizdən xəbərsiz.Xankəndinə 100 min erməni yerləşdiriləcək. Maraqlıdır, Bakının bu proseslərə cavabı necə olacaq?
Bu videonu mütləq sona kimi izləyin!
Deputat Razi Nurullayev bildirir:
Bakı bu prosesi diqqətlə izləyir. Lakin birbaşa nəzarətin olması barədə qəti fikir bildirmək çətindir. Şəxsən mən də bu prosesi izləyirəm və qeyzlənirəm. Çox narahatam ki, Rusiya sülhməramlıları öz səlahiyyətlərinə aid olmayan işlə məşğuldurlar. Rusiya sülhməramlıları faktiki olaraq Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının vəzifəsini üzərinə götürərək, ermənilərin Xankəndinə qaytarılması ilə məşğuldur. Onlar bunu birtərəfli edir. Yəni birmənalı olaraq erməni əsilli şəxsləri Xankəndinə və Qarabağın sülhməramlıların nəzarətində olan digər ərazilərinə köçürürlər. Sülhməramlıların qaçqınları köçürmək kimi səlahiyyəti olmadığı halda onlar bunu edirlər.
Hazırda Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət edir. Məsələ burasındadır ki, sülhməramlıları Ermənistanın müxtəlif şəhər və kəndlərindən ”qaçqın-köçkün" yığıb gətirib Qarabağda yerləşdirmək, onlara ev tikmək, sement qarışdırmaq, kərpic vermək deyil. Onların missiyası Azərbaycanın suveren ərazisində ermənilərlə azərbaycanlılar arasında baş verən dava-dalaşın, münaqişənin, müxtəlif qarşıdurma hallarının aradan qaldırılması, önlənməsidir".
Azərbaycan Laçın dəhlizinə Rusiya sülhməramlıları ilə bərabər nəzarət etməlidir. Bu da 10 noyabrda imzalanan üçtərəfli bəyanatda öz əksini tapıb. Azərbaycanın müvafiq silahlı qüvvələrinin nümayəndələri ruslarla bərabər Laçın dəhlizində pasport yoxlaması həyata keçirməlidir, eyni zamanda Azərbaycanın miqrasiya xidməti orada olmalıdır. Biz artıq əmin deyilik ki, Ermənistandan Qarabağa dinc erməni qaçqınlar gətirilir. Bəlkə qaçqın adı altında oraya Ermənistandan terrorçular yerləşdirilir? Rusiya bununla bağlı bizə zəmanət verirmi? Azərbaycanın suveren ərazisində kimin yerləşdirilməsi ilə bağlı qərarı Azərbaycan verməlidir. O baxımdan da bütün bu sadaladğımız məsələlər təcili şəkildə Azərbaycan tərəfindən müzakirəyə çıxarılmalıdır Amma Rusiya buna nə qədər hazırdır, deyə bilmərik. İstənilən halda, bu, bizim qırmızı xəttimiz olmalıdır və bunu da bu şəkildə Rusiyanın nəzərinə çatdırmalıyıq”.
Azərbaycan silahlı qüvvələri tərəfindən hazırda işğaldan azad edilən torpaqlarda təmizləmə və antiterror əməliyyatları davam edir. Xüsusilə Hadrut, Xocavənd, Şuşa rayonlarının inzibati ərazilərində, meşə və dağlarda gizlənmiş erməni terrorçuları ərazidən çıxarılır, bölgə təmizlənir. Ordumuzun həyata keçirdiyi bu proses Ermənistanı yenidən qarışdırıb. Kapitulyasiyaya imza atmış düşmən ölkənin Rusiya sülhməramlılarına güvənərək, uduzduqları müharibənin revanşı yerinə planlaşdırdıqları gülünc “partizan hərəkatı” ilə rəzil vəziyyətə düşüblər. Bu provokativ cəhdlər Ermənistan hərbi elitasının və Dağlıq Qarabağdakı oyuncaq xuntanın öz başında çatlamaqdadır.
Artıq Paşinyan da, onun kuklası, xunta başçısı marionet Araik Arutyunyan da istefaları barədə danışır, hiss olunur ki, buna hazırlaşırlar. Çünki müharibəni uduzdular, revanş isə sadəcə, alınmadı, mümkün deyil. Ona görə də Ermənistana bağlı silahlı quldurlar silahları təhvil verərək, sürü ilə Qarabağı tərk edirlər.
Onların böyük bir hissəsini Rusiya sülhməramlıları mühasirədən çıxardıb. Kifayət qədər böyük bir bölümü isə qaçıb aradan çıxıb. Yoxdurlar! Bütün Ermənistan və Qarabağdakı quldur rejimi onları axtarır. Onlarsa yoxdur. Söhbət 170 civarında silahlı quldurdan gedir. Görünür, bölgədən qaçıb Ermənistanda gizlənirlər ki, kimsə bunları yenidən orduya cəlb edə bilməsin.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə