Kərə yağı mətbəximizdə ən çox istifadə edilən qidalar sırasındadır. Təbii kərə yağının bədənə faydası əvəzsizdir.
Bəs əsl kərə yağını necə müəyyən etmək olar?
Milli.Az publika.az-a istinadən bildirir ki, təbii kərə yağını saxtasından ayırmağın üsullarını təqdim edir.
Kərə yağından kiçik bir hissəni götürüb isti suyun içərisinə atın. Həqiqi kərə yağı bir parça şəklində kiçilərək əriyəcək. Əgər yağ hissələrə ayrılaraq əriyirsə, demək həqiqi deyil.
Əsl kərə yağı otaq temperaturunda tam əriməz, sadəcə yumşalar. Nə qədər yumşalsa da, forması dəyişməz. Əksi prosesi müşahidə etsəniz demək yediyiniz həqiqi kərə yağı deyil.
Əsl kərə yağını soyuducudan çıxaran kimi kəsməkdə çətinlik çəkə bilərsiniz. Lakin kəsərkən yağda çatlar yaranırsa, demək təbii deyil.
Sarı kərə yağı daha təbiidir. Lakin ağ rəngdə də kərə yağı ola bilər. Bu yağ hazırlanarkən istifadə edilən heyvanın südündən asılıdır.
Kərə yağını tavada əridəndə üzərində qabarcıqlar yaranmaz və köpüklənməzsə demək həqiqi kərə yağı deyil.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə