Amerika ordusu bu quşu axtarır - ŞOK SƏBƏB
Tələbatlarımız o qədər sürətlə dəyişir ki, bəzən rahat yuxu yata bilmirik.. Əslində, yuxunun n ə olduğu haqda hələ də elm konkret bir tərif ortaya qoya bilmir.
Əgər orqanizmi mürəkkəb quruluşlu konstruksiyaya bənzətsək, yuxunun burada hansı mexanizm üzrə hərəkət etdiyini də heç kim izah edə bilmir. Üstəlik, bioloq və təbiətşünaslar növlərarası müxtəliflikdə yuxu aktının fərqliliyinə diqqət çəkir.
Günümüzün “çarsi olmayan” dərdləri sırasında yuxusuzluq ön sıralarda gəlir. Düzdür, ən sadə əlacı yuxu dərmanıdır; iç və yat... Amma, belə dərmanlar da orqanizmdə müxtəlif fəsadlar yaradır.
Belə olan halda müasir elmi bir sual düşündürür: Bəlkə yuxusuzluğun çarəsi elə təbiətin özündədir?
Köçəri quşların həyat tərzləri adlarından bəllidir: onlar nəsillərinin davamı üçün mütləq köç edirlər. Köç prosesi zamanı da quşların növlərarası müxtəlifliyi önə çıxır. Bəzi növlər bir dağ silsiləsinin bu başından o başına gedir, başqa quş dəstəsi isə okeanları belə aşır, materikdən materikə köç edir. Belə uzun sürən köçlər zamanı onlar yatmaq üçün sabit vəziyyətdə olmurlar. Bəs, onlar yatmadan bu qədər uzun məsafəni necə uçurlar?
Elm adamları araşdırdıqca maraqlı bir şeylə rastlaşıblar. Nə də olsa, mövzu obyekti beyin olduqda, təbii ki, bizi təəccübləndirəcək nəsə var...
Sən demə, quşlar uzaq məsafələrə uçarkən elə göyün üzündəcə bir neçə saniyəlik yuxu halına girirlər. Bu bir neçə saniyə də bəs edir ki, onlar orqanizmə lazım olan yuxu ehtiyacını ödəsinlər.
Sərçəkimilər dəstəsindən olan ağbaş sərçələr də köçəri quşdur. Onlar Şimali Amerika üçün endemikdir. Bu quşlar yuxusuzluğa görə bənzərsiz dayanıqlığa malikdir.
Köç dönəmində ağbaş sərçələr uzun müddət yatmırlar. Həmin dönəmdə onları laboratoriyada saxlasanız və yatmağa qoymasanız orqanizmlərində heç nə baş verməz. Amma, elə ki, köç dönəmi bitir, cəmi bir neçə saatlıq yuxusuzluq ağbaş sərçələrin orqanizmində fəsadlara yol açır.
Elmi araşdırmalar zamanı o da məlum olub ki, bu quşlarda köç dönəmində yuxusuzluğa qarşı güclü immunitet yaranır. Elə bu xüsusiyyətlərinə görə də, ağbaş sərçələr ABŞ ordusunun hədəfi halına gəlib. Quşlar üzərindəki tədqiqatlara indiyədək milyonlarla dollar pul xərclənib.
Məqsəd isə çox sadədir: nə vaxtsa, 24 saat yatmadan, yorulmadan xidmət edən super əsgər yaratmaq...
Əgər gələcəkdə yatmayan super əsgər görsəniz, mütləq ağbaş sərçələri xatırlayın.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə