Yadplanetlilərin yerə gəlməsi ilə bağlı FAKTLAR - Birinci video

542 baxış

Yadplanetlilər in yerə gəlməsi ilə bağlı faktlar    Birinci  video

Yadplanetlilər yalnız konspirasiya nəzəriyyələrinin, ya da “X-files” kimi filmlərin mövzusu deyil. Planetimizə gəldiklərinin  sübutu kimi bir çox sirli faktlar var. Bu gün həmin faktlardan 4-ü haqqında danışacağam. 
Sabah 20:00 da yayımlanan videomuzda – bu videonun ikinci  hissəsində  isə daha 5  faktı sizə təqdim edəcəm.

1. Felix Moncla və Robert Wilson'un yox olması. 


M: Soyuq Müharibə dönəminin ən qızğın vaxtlarıydı. Nə olduğu bilinməyən böyük ölçülü bir cisim Kanada-ABŞ sərhəddində radara yaxalandı. Bu cisim şimala tərəf gedirdi. Rəsmilər cismin SSRİ-yə aid  hava hücumu silahı olduğunu ehtimal etdilər. Onun nə olduğunu daha dəqiq öyrənmək üçün  Felix Moncla və Robert Wilson F-89 Scorpion tipli təyyarəyə minərək havaya qalxdılar. Həmin gündən bu iki nəfəri bir daha  görən olmadı.  Radar operatorları F-89`un sirli uçan obyektə yaxınlaşdığı və Superior gölü yaxınlığında qəfildən yoxa çıxması barədə raport hazırladılar. Təbii ki, göl yaxınlığında xilasetmə əməliyyatları başlanıldı. Amma, nə təyyarədən, nə də  Felix Moncla və Robert Wilson`dan əsər-əlamət tapılmadı. 
 ABŞ-ın Hərbi Hava Qüvvələri hadisəylə bağlı açıqlama verdi. Qeyd olundu ki, təyyarəylə əlaqə qurmaq mümkün olmur. İkinci açıqlamada isə təyyarənin gölə düşdüyü deyilirdi. Amma, yeni açıqlamada göldə, yaxud gölətrafı ərazidə təyyarədən və pilotlardan niyə iz tapılmadığı barədə bir kəlmə də deyilmirdi. Həmin vaxt göl tamamilə buz donmuşdu, heç bir yerdə təyyarənin bata biləcəyi boyda ərazidə buz qırılmamışdı. Bu da açıqlamalarla bağlı suallar yaradırdı. 
 Aradan neçə il keçib, amma, hələ də Felix Moncla və Robert Wilson haqqında heç bir məlumat yoxdu. 

2. Val Consonun  avtomobili. 

1970-ci illərdə ABŞ-ın Minnesota ştatında tez-tez paranormal hadisələr baş verirdi. Amma, bu hadisələrdən heç biri şerif  Val Johnson'un başına gələnlər qədər diqqət çəkmədi. 1979-cu il avqustun 29-da şerif avtomobiliylə qəsəbə ətrafında hərlənərkən qəribə bir şey görür.  Yolun düz ortasında,  yumru bir işıq mənbəyi, sanki, havadan asılmış kimi dururdu. Jonson avtomobilindən çıxıb işığa doğru getdi. Birdən-birə işıq hərəkətə gəlir, avtomobilə doğru şütüyür və onu kiçik bir oyuncaq kimi havaya qaldırıb yolun qırağına atır. Jonson özünə gələndə görür ki, yolun qırağındakı xəndəkdə uzanıb. Kömək üçün ratsiyasını əlinə alanda saatının 14 dəqiqəlik zaman kəsiyində dayandığının fərqinə varır. Sirli işıq mənbəyisə artıq gözə dəymirdi. 

Jonsonun gözünün ətrafında qəribə yanıqlar vardı. Analizlərdən sonra məlum oldu ki, bu yanıqların mənbəyi ultrabənövşəyi işıqdır. Avtomobil isə olduqca pis vəziyyətdəydi və Jonson onu təmir etdirmək barədə heç düşünmədi də. 
Bu hadisə dövri mətbuatda dayanmadan işıqlandırıldı. Dönəmin sensasiyalı xəbərinə çevrildi. Bu gün şerifin avtomobili Minnesota ştatının Warren şəhərində kiçik bir muzeydə saxlanılır. “Fargo” serialının ikinci sezonunda şerif Jonsonun başına gələn hadisəyə əsaslanan görüntülər var. 


3. Frederick Valentich’in yox olması. 

Frederick Valentich təcrübəli pilot idi. Avstraliyanın Bass boğazı üzərində uçurdu. Qəfildən fərqinə varır ki, başı üstündə naməlum cisim uçur. O, ratsiya vasitəsilə Melbourn Hava Uçuş Xidmətləri ilə əlaqə saxlayır. Mərkəzdən bildirirlər ki, həmin bölgədə onun təyyarəsindən başqa heç bir cisim yoxdur. Valentich bildirir ki, naməlum uçan cisim, sanki, onunla oyun oynayır. Pilotun son sözləri bunlardı: “Ətrafımda hərlənir...Bu, bir təyyarə deyil!” O gündən sonra Valentich`i bir daha heç kim görmədi. 
Hələ də bəziləri iddia edir ki, pilot Veneranın parlaq işıqlarını görüb. Bu işıqların hallüsinasiya yaratdığı barədə astroloqların söylədiyi rəvayətlər onların iddialarını dəstəkləyir. Rusların çəkdiyi “Men İn Black” sənədli filmində bu haqda ətraflı məlumat ala bilərsiniz. 
Əsas məsələ isə ondan ibarətdir ki, Frederick Valentich təcrübəli pilot idi və o, dəfələrlə havada işıq seli, yaxud şüaların kəsişməsini görmüşdü. Bəs, necə olur ki, bu cür təcrübəli pilot heç bir iz qoymadan havada yoxa çıxır? 

4. Sehirli Betz kürəsi. 

Terry Betz tərəfindən tapılan bu kürə elə onun adıyla Betz kürəsi adlanır. İddialara görə, kürə yadplanetlilərə məxsus olan texnologiyalardan biridir. 

Terry və ailəsi yanmış meşədə gəzməyə çıxır.  Qəfildən yanıb kösövə dönən ağacların arasında şəffaf kürə olduğunu görürlər. Kürənin üstündə “V” hərfinə bənzər işarə vardı. Betz ailəsi kürənin kosmosdan gələn peyk parçası olduğunu düşünürlər və onu evlərinə gətirirlər.

Demədi Demə

15:25 19.06.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə