II Dünya Müharibəsi bitdikdən sonra elə müharibə gedişatında çox yaxşı dərmanların formulu üzərində işləyən sovet alimləri onlardan bir neçəsini tamamladılar. Bunlardan biri də Leninqrad alimlərinin hazırladığı Dibazol idi.
Demedideme.az medicina.az-a istinadən hətta Stalinin də üzərində sınanan populyar dərmanın tarixini təqdim edir:
Müharibə illərindən çıxmış insanlara daha çox mərkəzi sinir sistemini sakitləşdirən, stimulə edən dərmanlar lazım idi. Dibazol da bu məqsədlə təyinat almışdı.
Əvvəlcə onu dəniz pişiklərində, pişilərdə, quşlarda sınadılar. Heyvanlara dərman super təsir edirdi. Daha sonra mütəxəssislər öz üzərlərində təcrübə etdilər. Dibazolu qlükoza ilə qarışdırıb bədənə yeritdilər, heç bir fəsad, toksiki təsir olmadı. Bundan sonra 120 könüllü üzərində test olundu və kütləvi istehsala başlandı.
Dibazolun təlimatında psixostimuləedici yazılmışdı, ona görə nevroloji xəstəxanalarda geniş tətbiq olundu. Xüsusən polimielitlə xəstələnmiş uşaqların sinir sisteminin bərpası, üzdə üçlü sinirin müalicəsində çox yaxşı effekt verirdi.
Stalin niyə bəyənmədi?
Belə bir təsiri görən müəlliflər onu Stalinə də təqdim edərək, onun hələ gəncliyindən sol əlində olan sinir qüsurunun aradan qaldırılması üçün tövsiyyə etdilər. Stalin dərmanı sınadı, lakin əlindəki problem düzəlmədi, çünki o travmanın üzərindən 50 il keçmişdi. Ona görə də Dibazol Stalinin xoşuna gəlmədi və o tibdə yenilik kimi xüsusi mükafatlar siyahısına da daxil olunmadı.
Maraqlıdır ki, dibazolun kimyəvi tərkibinin müəlliflik hüququ da şifrələndi və dərman yalnız 1976-cı ildə dövlət reyestrində qeydə alındı.
Amma tarix Dibazolun yaradıcılarını da unutmadı.
Onlar Hərbi-Dəniz Tibbi Akademiyasının farmakologiya kafedrasının rəhbəri N. B. Lazarev, əməkdaşları C. Aniçkov, M. Rozin, kimyaçı-orqaniklər Qinzburq, Efroz, Poray Koşiç idi.
Dibazol immuniteti möhkəmləndirir?
Hələ sovet illərində dibazol öz təyinatının məhdud çərçivəsini aşmışdı. Onu yüngül immunomodulyator kimi uşaqlar arasında da tətbiq edirdilər. 1-ci sinifdən başlayaraq, hər il şagirdlərə dibazol verirdilər.
Sonradan kapitalizm öz caynaqlarını farmakoloji sənayeyə də keçirdiyindən, bu ucuz və möcüzə preparat sərfəli olmadı və onu lazımsız, zəif elan etmə kompaniyasına başlanıldı.
Virusa necə təsir edə bilər?
Viruslar hüceyrə daxilinə keçə bildiyi üçün onu qanın qırmızı müdafiə hüceyrələri olan leykositlər məhv edə bilmir. Viruslara antibiotiklər də təsir etmir.
İnadkar virusları yalnız xüsusi növ lT killerlər öldürə bilər. Ona görə viruslara qarşı müalicənin əsasını bu T leykositlərin aktivləşdirilməsi təşkil etməlidir.
Bu baxımdan unudulmuş köhnə dibazol immunstimulyator kimi istifadə oluna bilər. Əgər onu 0,02 mq (1 tablet) gündə qəbul etsələr, 5 gün sonra orqanizm özü virusa qarşı hücum rejiminə keçəcək. T və B tip leykositlər aktivləşir, təbii interferon hasili artır.
Virusların aktiv olduğu dönəmdə dibazolu səhərlər bir tablet qəbul etmək olar. O, bir az təzyiqi aşağı saldığı üçün bu xəstələr diqqətli olsun və yatanda qəbul etsin.
Uşaqlara da əgər əks göstəriş yoxdursa, 7-14 yaşa kimi yarım tablet axşamlar vermək olar. 7 yaşdan aşağı uşaqlara məsləhət deyil.
Dərmanı bol su ilə içmək lazımdır. Profilaktika məqsədilə 14 günlük kursdur.
Hazırda koronavirus epidemiyası dövründə keçmiş, sevimli dibazolu xatırlamağa dəyər. O, orqanizmə faydalı ola bilər.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə