100 kilometrə İKİ LİTR benzin yandıran avtomobil - İnanmayacaqsız
İstər şəhərin küçələrində, istərsə də filmlərdə, bir-birinə bənzəyən avtomobilləri görməyə adət etmişik. Bəzən bizdə elə təəssürat yaranır ki, bu avtomobillər bir-birindən heç nəylə fərqlənmir. Onu da bilirik ki, hər avtomobil şirkəti öz məhsulunun xüsusiliyi ilə seçilir. Sadəcə, biz, bu xüssusilikləri görməyə çox da maraqlı deyilik. Amma, avtomobil sənayesi tarixində elə nümunələr var ki, avtomobil həvəskarları onları unuda bilmir. Bu gün qəribə avtomobillər silsiləsindən 5 nümunə ilə tanış olacağıq...
1. BMW İsetta. II Dünya Müharibəsi dünya iqtisadiyyatına vurduğu zərərlə qalmadı, insanların düşüncə sistemində “qənaət” anlayışına da təsir göstərdi. Və bu qənaətcil yanaşma avtomobil sənayesində də özünü büruzə verdi. Kiçik avtomobillər seriyasından olan BMW İsetta dövrünün populyar minik maşınlarındandı. Maya dəyəri ucuz olduğundan avtomobilin satış qiyməti də aşağı idi. İsetta`nın cəmi bir qapısı vardı, o da ön tərəfə açılırdı. Sükanı qapıyla birgə hərəkət edən minik maşını 2 sərnişin üçün nəzərdə tutulmuşdu. Avtomobilin mühərriki 9,5 at gücünə malik idi. Maksimum sürəti 85 km/saat olan BMW İsetta avtomobil həvəskarları üçün əfsanə sayıla bilər...
2. Mohs Opera Sedan. Bu qeyri-adi avtomobil 1967-ci ildə Bryus Mohs tərəfindən istehsal olunub. Əsas özəlliyi qapısız olmasıydı. Sözün əsl mənasında, sürücü bu avtomobilə baqajdan girirdi. Bryus Mohs dövri mətbuata verdiyi açıqlamada deyirdi ki, bu konstruksiyanın məqsədi avtomobilin yan tərəflərinin gücləndirilməsidir. Səbəb isə odur ki, qəza zamanı sərnişinlər daha az zərər çəksin. Bu sedanın təkərləri hava ilə deyil, azot ilə doldurulmuşdu. Qalın təkərlər 100 min km məsafəni rahatlıqla gedə bilirdi. Bizness-klass üçün nəzərdə tutulan avtomobilin təchizat panelində qızıl suyuna çəkilən, yaxud, qızıldan hazırlanan, üstünə brilyantlar düzülən cihazlar vardı. Mühərrikin gücü isə 192 at gücünə bərabər idi.
3. Messerschmitt KR175. II Dünya Müharibəsindən sonra uzun müddət Almaniyaya təyyarə istehsal etmək qadağan olunur. Müharibəyə qədər təyyarə istehsalçısı olan Messerschmitt bundan çıxış yolu tapmaq qərarına gəlir. Beləcə, firma 1953-cü ildə ilk avtomobillərini istehsal edir. Qeyri-adiliyi ilə diqqət çəkən avtomobili almanlar özləri “kabinli motorsiklet” adlandırırlar. Ümumi çəkisi 220 kq olan minik vasitəsinin mühərriki 9 at gücündə, maksimum sürəti 80 km/saat idi. Ən maraqlısı odur ki, avtomobilin sükanı velosiped sükanı idi. Bütün idarəetmə paneli motorsikletlə eyni olan Messerschmitt KR175`də avtomobilə uyğun yeganə idarəetmə funksiyası əyləc pedalı idi...
4. Peel P50. Bu üçtəkərli avtomobil yalnız bir nəfər üçün nəzərdə tutulmuşdu. Sol tərəfində bir qapısı, mərkəzdə bir ön işığı vardı. Peel P50 indiyədək “kütləvi istehsal olunan ən kiçik avtomobil” rekordunu özündə saxlayır. Minik maşının arxasındakı bu tutacaq onu rahatca istədiyiniz yerə daşımaq imkanı verirdi. 59 kq çəkiyə malik avtomobil 4,2 at güclü motorsiklet mühərriki ilə təmin olunub. Maksimum sürəti 60 km/saat deyilsə də, bu, dəqiq rəqəm deyildi. Çünki, sürət avtomobildə oturan şəxsin çəkisindən asılı idi. Məlumat üçün qeyd edim ki, avtomobil 100 km-ə 2,8 litr benzin yandırırdı.
5. BMW Gina. Bu avtomobilin əsas özəlliklərindən biri ehtiyaca görə transformasiya edə bilməsidir. Baqajın tutumu artıb-azala bilir. Mühərriki işə salan kimi cihaz panelləri sizə doğru dönür. Sürət artdıqca avtomobilin quruluşu aerodinamikaya uyğun olaraq dəyişir. Bu özəllikləri avtomobilə space frame adlanan xüsusi texnologiya ilə hazırlanan kuzov qazandırır. İlk baxışda elə görünür ki, BMW Gina`nın işqıları yoxdur. Amma, mühərriki işə saldıqda, sözün əsl mənasında, avtomobil gözlərini açır. Kapotu da qeyri-adi quruluşa malikdir, böcək qanadları kimi yanlara açılır... Qapıları idman avtomobillərindəki kimi yuxarı açılsa da, xüsusi əyilmə BMW Gina`nın gözəlliyinə mistika qatır. Arxa işıqları kuzovun altındadır, avtomobil hərəkət etdikcə adama elə gəlir ki, yarışəffaf elastik materialdan sehirli işıqlar süzülür...
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə