Süni intelektin də yuxuya ehtiyacı var imiş – ALİMLƏR

506 baxış

Son zamanlar gündəmdə olan süni intelektin də yuxuya ehtiyacı olduğu üzə çıxıb.

Alimlər onun neyro şəbəsəkəsinin stabil işləməsi üçün insan beynində olduğu kimi, periodik olaraq istirahətə və "yuxuya getməyə" tələbatı olduğunu aşkarlayıblar.
Demedideme.az medicina.az-a istinadən bildirir ki, ABŞ-n Milli komputer proqramları laboratoriyasının mütəxəssisləri tədqiqat aparıblar.

Onlar süni intelektin neyroşəbəkəsinin bioloji sistemləri öyrənərkən iş prosesini izləyib və müşahidə ediblər ki, fasiləsiz perioddan sonra mənimsəmə azalır.

Onlar neyro şəbəkəsinin işini stabilləşdirmək üçün müxtəlif metodlar sınayıblar. Səs dalğaları ilə eksperiment ediblər. Ən yaxşı nəticə insan beynində dərin yuxu fazasında olan zaman yaranan dalğalarla əldə olunub.

"Sanki süni intelektin neyro şəbəkəsi yaxşı, dərin gecə yuxusuna bərabər effekt aldılar, ondan sonra onların işində stabilləşmə qeydə alındı - deyə müəlliflər bildirir.

Demədi Demə

16:11 12.06.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə