Kişilər qadınları seçərkən hansı xüsusiyyətlərdən təsirlənir?

423 baxış

Kişilər öz şəhvani instinktlərinə söykənərək qadın seçmək istədikdə, özləri də istəmədən tünd xasiyyətli və lovğa partnyorlara “tuş gəlirlər.” Texas ştatının professoru Devendra Singh iddia edir ki, kişilər qadınların ən çox bel və omba nahiyələrinə diqqət edirlər – bu isə, “seksual cazibə indeksi” adlanır. Araşdırmalar göstərir ki, kişilər bu qəbildən olan fiziki xassələri qadınların “keyfiyyət nişanı” hesab edirlər. Dolu bədənli xanımlar da diqqətdən kənarda qalmır, lakin onların vücudu mütənasib və simmetrik olmalı, bədənin qatları büküklərlə müşayiət olunmalıdır. əks halda, kişilər onlara fikir verməyəcək. Bütün bunlarla yanaşı, bəhs etdiyimiz məsələnin müsbət cəhətləri də az deyil.

Kişilərin qadın gözəlliyinə olan qavrayışında gözə çarpan mühüm amillərdən biri qadının döşləridir. Burada əslində paradoks var – qabarıq döşlərə malik qadınlar bununla fəxr edir. Əksinə, döşlər yastı və yöndəmsiz olduqda isə plastik müdaxilə labüdləşə bilər… Bu zaman, sual ortaya çıxır. Ən mühüm analıq instinkti olan döşlərin süni şəkildə böyüdülməsi onlara nələr hiss etdirir? Kişilərə xoş və cazib görünsünlər deyə bunu edən qadınlar sonradan təəssüflənmir, peşman olmurlar ki? Axı kişilər təbii, süni yolla şişirdilməmiş döşlərə daha çox üstünlük verəcəklər. Üstəlik, qeyri-təbii döşlərin qadın reproduktiv sisteminə mənfi təsir göstərməsi də aşkarlanmışdır. Mövzumuzu bir az da davam etdirərək, kişilər özlərinə qadın seçərkən arada daha hansı küləklərin əsdiyinin şahidi ola bilərik.

Psixoloqların rəyinə görə, sarışın və kürən qadınlar başqaları ilə müqayisədə kişiləri 6 dəfə daha artıq cəzb edir. Bir qrup avstraliyalı psixoloqlar bu nöqteyi-nəzərə müxalif çıxmağa cəhd göstərmişlər. Onların qapalı zalda keçirdiyi rəy sorğusu zamanı, kişilərin yalnız 40%-i sarışın qadınlardan xoşlandıqlarını ifadə etmişlər. Lakin, bundan dərhal sonra, zala 80 nəfər müxtəlif rəngli saçlara malik xanımlar gətirildi. Rəy sorğusu təkrarlandı – təbii sarışın və kürən xanımlara kişilərin 85%-i səs verdi! Kişilərin davranışındakı bu paradoksu fizioloqlar tədqiq etməyə başladılar. Sən demə, məsələnin kökü qoxudadır. Sarışın və kürən xanımlar başqalarına nisbətən 6 dəfə daha artıq feromon (onu “pərvazlanan sevgi ətri” adlandıranlar da var) ifraz edirlər ki, bunun sayəsində kişilər onlara meyil göstərməyə başlayırlar. Digər tədqiqatların nəticələrinə görə isə, yüksək intellektli kişilər qara və ya tünd saçlı xanımları üstün tutur, hərçənd həqiqi sevgi hallarında kənara çıxmalar həmişə baş verir.

Qadınların kişiləri cəzb edən digər gözəlliyi isə onların ayaqlarıdır. Əgər hər hansı kişi uzun və qamətli qadın ayaqlarına heyran olmadığını deyirsə, inanmayın. Britaniya alimləri bu məsələdə də nəsil artımı instinktini ön plana çəkmişlər. Onların mülahizələrinə görə, cazibədar ayaqlara malik qadınların sağlam uşaq doğması nəinki ehtimal deyil, hətta tam realdır. Qadın ayaqlarının uzunluğunun hər bir santimetri yeni doğulan körpəyə əlavə olaraq 22 qram çəki baxş edir. Psixoloqlar və sosioloqlar bir az da irəli gedərək iddia edirlər ki, belə anaların uşaqlarının gələcək həyatı da uğurlu alınır.

Yazılanlardan gələ biləcəyimiz nəticə isə bundan ibarətdir ki, kişilər gözəl və cazibədar xanımları seçərkən, əslində, sağlam nəslin törənməsi kimi zəruri bir işə töhfə vermiş olurlar. Özləri də bilmədən…

Mənbə: bildirchin.az

Demədi Demə

22:00 11.06.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə