Bu videodan sonra həyatınız dəyişəcək! - Diqqətlə izləyin!

762 baxış

Məşhur bir yapon atala sözü var: 3 gün dilənəndə bu adətə çevrilir. 

Ya da elə bizim türk deyimlərində kimi: bir şeyi 40 dəfə desən, gerçək olur.
Burda şapka gəlir - yuxarıda Vərdiş yazılır.

Bu boşqablaın hər birini zehnimizin bir hissi olaraq qəbul edək.

Yaşıl rəngli əşylar yaxşı vərdişlərimiz , qırmızı rəngli əşyalar isə pis vərdişlərimizdir. 
Onları ora biz qoymuşuq, yaxşısını da pisini də. Bunlar bizim qazancımızdır. 

Yaxşı, gəlin görək pis vərdişlərdən necə qurtulmaq olar?


Vərdiş insanın zamanla qazandığı, təkmilləşdirdiyi və lazım olan anda asanlıqla (biixtiyar şəkildə) tətbiq edə bildiyi avtomatlaşmış hərəkətlərdir.


Bu hərəkətlər yaxşı və pis vərdişlər olaraq adlanır. 


Pis vərdişlərdən yaxa qurtarmağın yolu onu tamailələ kəsib atmaq ola bilməz. 


Çünkü o vərdişi birdəfəlik ataraq onun yerini boş saxlayacağınızı düşünürsüzsə, bu qətiyyən mümkün mümkün deyil. 


Məsələ budur ki, boşluq deyilən bir şey yoxdur. Yəni boşqab əslində Boş qab deyil. Götürdüyümüz kağızın yerinə hava dolur. Yəni bizim pis vərdiş dediyimiz şeyləri də birdəfəlik atmaq istdəkdi onun yerinə ondan daha betər olan bir vərdiş girir – BOŞLUQ.


İnsanlar minlərlə ildir boşluq barədə düşünürlər. Atomist adlandırılan qədim filosoflar dünyanın iki komponentdən, yəni iki elementdən ibarət olduğunu irəli sürmüşlər: atom və boşluq. Aristotel isə təbiətin boşluğa imkan verməyəcəyini düşündü və kosmosdakı hissəciklərin həmişə məkanı doldurmaq üçün hərəkət edəcəyini bildirdi. 


1700-cü illərin əvvəllərində Isak Nüyuton boş yer olaraq gördüyümüz hər şeyin əslində dolu olduğunu sübut elədi. 

Demək ki, biz pis vərdişləri boşluqla əvəz edə bilmərik. Onları sadəcə boş qoyduğumuzu zənn edərik. 


Amma insan fitrəti daha çox günaha, faydasız işlərə meyl etdiyindən o boş sandığımız yerlər mütləq başqa bir pis vərdişlə dolar və ya atdığımız vərdiş geri qayıdar. 

Belə vərdişlərdən yaxa qurtarmağın ən yaxşı yolu yaxşı vərdişlərə yiyələnməkdir: "Məsələn, siqareti tərgidən insan onun yerinə saqqız çeynəməyə, yaxud meyvə suyu içməyə vərdiş edə bilər". 

Beləliklə siz ora nə zamansa siqareti qoymaq istəyərkən oranın boş olmadığınıın fərqində olursuz.

Əlsində boşqaba qoyduğumuz şeylərin vərdiş olması üçün də bəlli bir zamana ehtiyacımız var. Bunun üçün əsl mübarizə aparmaq lazımdır. Bax, işin ən çətin tərəfi də budur.
Belə halda insana ən mane olan şey iç səsidir. O iç səs dediyimiz şey nədənsə əksər vaxtlarda sənə mənfi şeylər deyir. 


Yox sən bacarmazsan, əsəbləşəcəksən, üzüləcəksən və s.


Bu şeylərdən qurtulmaq üçün mütləq qərarlarınızı çox istədiyiniz, güvəndiyiniz bir dostunuzla bölüşün . Ondan sizə motivasiya verməyini xahiş edin. Dolaysıla içnizədki şeytana qarşı çöldə bir mələk yaradın. 


Zamanla pis vərdişlərinizə qaytmaq istəyəcəksiniz. Belə olan halda ayaq saxlayın düşünün. Qayıtsam nə qazanacam deyə özünüzə sual verin. 
Əyər həqiəti dərk edəcək qədər ağlınız varsa, bu vərdişə qayıtmaqdan vaz keçəcəksiz.


Hər kəsin içində bir ideal insan obrazı var. İnsanlar daima o obrazı oynamq üçün vaxt zaman gözləyirlər. Amma bir çox insanlar o zamanı gözləyə -gözləyə ölüb gedirlər. 
Elə indi hərəkətə keç. İçindəki ideal insana qovuşmaq üçün sənə zərər verən vərdişlərdən qurtulmağın bir yolunu düşün. Zaman, su kimi axıb gedir, gözəl insan.
Videonu izləyib bitirən kimi ayağa qalx. Hərəkətə elə indi keçmək lazımdır, sonra gec olacaq. Məndən bu qədər. Sonra demədi deməyin.

Demədi Demə

17:12 26.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə